• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Yer təkinin istifadəyə verilməsi üzrə hərracların keçirilməsi qaydaları dəyişib

19-07-2023, 12:30 | Baxılıb: 247
“Yer təkinin istifadəyə verilməsi üzrə hərracların keçirilməsi qaydaları dəyişib

“Yerin təkindən istifadənin dövlət tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 975 nömrəli Fərmanında dəyişiklik edilib.
Diaspor info-xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmanla yer təkindən istifadənin səmərəliliyinin təmin edilməsi, istifadəçilərin bu sahədə fəaliyyətə giriş imkanlarının asanlaşdırılması və şəffaflığın təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 975 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilib:

- 1-ci hissədə “müsabiqə və hərracların keçirilməsi qaydaları və şərtləri haqqında Əsasnamə” sözləri “hərracların (auksion və müsabiqələrin) keçirilməsi Qaydaları” sözləri ilə əvəz edilir;

- həmin Fərmanla təsdiq edilmiş “Yer təkinin istifadəyə verilməsi üzrə müsabiqə və hərracların keçirilməsi qaydaları və şərtləri haqqında Əsasnamə” aşağıdakı redaksiyada verilir:

“Yer təkinin istifadəyə verilməsi üzrə hərracların (auksion və müsabiqələrin) keçirilməsi Qaydaları

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 13-cü maddəsinin ikinci hissəsinin birinci cümləsinə uyğun olaraq hazırlanmışdır və yer təkinin istifadəyə verilməsi üzrə hərracın keçirilməsi mexanizmini müəyyən edir.

1.2. Yer təkinin istifadəyə verilməsi üzrə hərraclar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Qanuna və bu Qaydalara uyğun olaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi (bundan sonra – Agentlik) tərəfindən təşkil edilir, auksion və ya müsabiqə formasında keçirilir.siyahısını, o cümlədən Qanuna müvafiq olaraq faydalı qazıntı yataqları yerləşən torpaq sahələrinin ayrılmasına dair torpaq sahiblərindən və aidiyyəti dövlət orqanlarından (qurumlarından) qabaqcadan alınmış razılığı bu Qaydaların 6.3-cü bəndində göstərilmiş hərrac komisiyasına təqdim edir.

3. Yer təkinin istifadəyə verilməsi ilə bağlı keçirilən hərracların forması

3.1. Birbaşa danışıqlar yolu ilə istifadəyə verilmə halları istisna olmaqla, yer təki istifadəyə hərrac vasitəsilə verilir. Azərbaycan Respublikası ərazisində yerləşən qeyri-filiz yataqları auksion, filiz yataqları isə müsabiqə qaydasında istifadəyə verilir.

3.2. Yer təkinin istifadəyə verilməsi ilə bağlı keçirilən müsabiqə açıq və ya qapalı, auksion isə açıq elan olunur. Açıq müsabiqədə və auksionda mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının, habelə xarici ölkələrin hüquqi və fiziki şəxsləri iştirak edə bilərlər. Qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər.

3.3. Qapalı müsabiqə aşağıdakı hallarda keçirilir:

3.3.1. istifadəyə verilən yer təki sahəsinə dair geoloji informasiya məxfi hesab edildikdə;5.2.7. ərizəyə əlavə edilmiş sənədlərin siyahısı.

5.3. Ərizə müraciət edən fiziki şəxsin özü və ya hüquqi şəxsin rəhbəri, yaxud onların səlahiyyətli nümayəndələri tərəfindən (səlahiyyəti təsdiq edən sənədin əsli və ya notariat qaydada təsdiqlənmiş surəti ərizəyə əlavə edilməklə) imzalanır.

5.4. Hüquqi şəxs tərəfindən təqdim olunan ərizəyə möhür vurulmalıdır.

5.5. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
Agentlik həmin ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir, bununla bağlı müvafiq qeydiyyat aparır və inzibati aktın qəbul edilməsi haqqında məlumatı sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada ərizəçiyə təqdim edir.

5.12. Təqdim edilmiş ərizənin yoxlanılması nəticəsində çatışmazlıq aşkar edilmədiyi halda və ya aşkar edilmiş çatışmazlıqlar bu Qaydaların 5.8-ci bəndində göstərilən müddət ərzində aradan qaldırıldıqda, həmin ərizəni təqdim etmiş şəxsə 5 (beş) iş günü ərzində hərracın iştirakçısı statusunu əldə etməsi barədə sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada məlumat verilir. Hərracda iştirak edənlərin siyahısı barədə Agentliyin qərarı protokolla rəsmiləşdirilir. Həmin protokola ərizəçilərin adı (fiziki şəxs olduqda soyadı, adı, atasının adı, hüquqi şəxs olduqda isə adı) göstərilməklə qəbul edilmiş ərizələr, həmçinin ərizəçi tərəfindən geri götürülmüş, Agentlik tərəfindən baxılmamış saxlanılmış və imtina səbəbi göstərilməklə geri qaytarılmış ərizələr barədə məlumatlar da daxil edilir.

5.13. Agentlik təqdim olunan ərizələrin və həmin ərizələrə əlavə edilmiş sənədlərin qorunub saxlanılmasını və konfidensiallığını təmin edir.

5.14. Bu Qaydaların 6.3-cü bəndində göstərilmiş hərrac komissiyasının üzvləri və onların Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.7-ci maddəsində göstərilən ailə üzvləri hərracın iştirakçısı ola bilməzlər.

6. Hərrac komissiyasının fəaliyyətinin təşkili

6.1. Hərracın keçirilməsi barədə elan verilməzdən 10 (on) iş günü əvvəl Agentliyin qərarı ilə hər hərrac üçün ayrıca hərrac komissiyası (bundan sonra – Komissiya) yaradılır və bu barədə Komissiya üzvlərinə yazılı məlumat verilir. Hərrac başa çatdıqdan sonra Komissiya öz fəaliyyətini dayandırır.hüquqi şəxs qalib hesab edilir.

7.6. Müsabiqə aşağıdakı hallarda baş tutmamış hesab olunur:

7.6.1. bir iddiaçı müraciət etdikdə;

7.6.2. təqdim olunmuş təkliflərin heç biri müsabiqənin şərtlərinə uyğun olmadıqda;

7.6.3. bu Qaydaların tələbləri pozulmaqla keçirildikdə.

7.7. Müsabiqənin qalibi müsabiqənin nəticələri haqqında yekun protokolu imzalamaqdan imtina etdikdə və (və ya) 10 (on) iş günü ərzində ödəniş etmədikdə, müsabiqənin nəticəsi ləğv olunur. Yekun protokolu imzalamaqdan imtina edən və (və ya) 10 (on) iş günü ərzində ödəniş etməkdən imtina edən müsabiqə qalibinin behi qaytarılmır və həmin iştirakçı yer təkinin istifadəyə verilməsi üzrə keçiriləcək növbəti 2 (iki) hərracda iştirak hüququnu itirir.
hüquqi ünvanı və digər rekvizitləri, fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin seriyası və nömrəsi);

9.2.3. hərrac predmetinin satış qiyməti;

9.2.4. Komissiya sədrinin, üzvlərinin və qalibin imzaları.

9.3. Bu Qaydaların 9.1-ci bəndinə uyğun olaraq, hərracın yekun protokolu 2 (iki) nüsxədə tərtib olunur, bir nüsxəsi qalibə verilir, digəri isə Agentlikdə saxlanılır.

9.4. Hərrac keçirilmədikdə və ya baş tutmadıqda, bu Qaydaların 7.7-ci və 8.3-cü bəndlərində qeyd edilənlər istisna olmaqla, beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin qalib gəlməyən şəxslərin də behi qaytarılır. Hərracda qalib gəlmiş şəxs tərəfindən ödənilmiş behin məbləği onun öhdəliklərinin icrası hesabına daxil edilir.

9.5. Hərracın nəticələrinə dair yekun protokol əsasında, Qanuna və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, yer təki sahəsi “dağ-mədən ayırması” statusu (icazə) verməklə hərrac qalibinin istifadəsinə verilir.

9.6. Hərracın keçirilməsi ilə bağlı mübahisələr tərəflər arasında həll edilməzsə, inzibati və məhkəmə qaydasında həll edilir.”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.скачать dle 10.6фильмы бесплатно


247

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması
Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.