Bakının inkişafının onlarda dərin təəssürat hissi yaratdığını deyib.
Qonaq Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının əhəmiyyətini vurğulayıb.
Görüşdə Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri və bu səfər çərçivəsində əməkdaşlığımızın hərtərəfli inkişafı ilə əlaqədar müəyyən edilmiş prioritet sahələr, bu istiqamətdə görülmüş işlərin nəticələrinin çox müsbət olduğu qeyd edildi, iqtisadi-ticarət, investisiyalar, energetika, kənd təsərrüfatı, nəqliyyat-logistika, sənaye sahələrində yeni layihələrin həyata keçirildiyi diqqətə çatdırılıb.
Söhbət zamanı Orta Dəhlizin əhəmiyyəti vurğulanıb, Azərbaycanda yaradılmış azad iqtisadi zonada Özbəkistan şirkətlərinin iştirakı perspektivləri, hökumətlərarası komissiyanın fəaliyyəti və iyulun 18-də Şuşada keçirilən Azərbaycan-Özbəkistan Birgə Hökumətlərarası Komissiyasının 12-ci iclasının önəmi qeyd edilib.