Biz Cənubi Qafqazda vəziyyəti sabitləşdirməliyik, dayanıqlı sülhə nail olmalıyıq, təhlükəsizlik təmin edilməlidir. Gələcəkdə burada həm qlobal məsələlərdə, xüsusilə bizim regionda Türkiyənin rolu çox önəmlidir və vacibdir.
Diaspor info-xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirib.Ankaranın sabitləşdirici rol oynadığını vurğulayan dövlətimizin başçısı deyib: “Türkiyənin siyasəti regional təhlükəsizliyi və regional sabitliyi inkişafı təmin etməkdir. Bu rol həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda çox yüksək qiymətləndirilir”.
147