• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Qərbi Azərbaycan İcması Ermənistanın baş naziri və XİN başçısının iddialarına cavab verib

22-07-2023, 17:00 | Baxılıb: 197
“Qərbi Azərbaycan İcması Ermənistanın baş naziri və XİN başçısının iddialarına cavab verib

Qərbi Azərbaycan İcması Ermənistanın baş naziri Nikol Paşinyanın və xarici işlər naziri Ararat Mirzoyanın son günlər səsləndirdikləri, Ermənistan hökumətinin ikiüzlülüyünü və insan haqları kimi nəcib məfhumdan öz ərazi ekspansionist planları üçün sui-istifadə etməsini açıq-aşkar göstərən bədnam iddialarını ifşa etməklə bağlı bəyanat yayıb.
Diaspor info-nun məlumatına görə, bəyanatda qeyd olunub ki, Ermənistan öz ərazisindən azərbaycanlıların hamısını zorla qovmuş, və mədəni irsimizi, müqəddəs yerlərimizi, məzarlıqlarımız təhqir edərək və dağıdaraq, vətənimizdə varlığımızın izlərini silməyə çalışır.“Bizim təhlükəsiz və ləyaqətlə evlərimizə qayıtmaq üçün davamlı dialoq çağırışlarımıza və səylərimizə baxmayaraq, Ermənistan hüquqlarımıza tam hörmətsizlik nümayiş etdirərək, bu məsələ ilə bağlı müzakirələrdən imtina edir”, - bəyanatda vurğulanıb.Ermənistan öz ərazisindən qovduğu azərbaycanlıların evlərinə qayıtmasının qarşısını almağa davam edərkən, Azərbaycanın Qarabağ İqtisadi Rayonunda yaşayan etnik ermənilərlə bağlı insan haqları arqumentlərindən həyasızcasına sui-istifadə etməyə çalışır. Ermənistanın iddiaları mahiyyətcə əsassız olmaqla bərabər, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qəsd xarakteri daşıyır. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü yalnız şərti olaraq tanımaqla əsl niyyətini ortaya qoyur və bununla da separatçılıq cəhdləri üçün imkanları açıq saxlamağa çalışır. Ermənistanın bu davranışı beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır və ATƏT-in dövlətlərarası münasibətlərdə milli azlıqlara dair tövsiyələrində əksini tapmış prinsiplərə tamamilə ziddir. Xatırladaq ki, ATƏT-in tövsiyələrində digər məsələlərlə yanaşı aşağıdakılar qeyd edilir:“Dövlətlər xaricdəki milli azlıqlara öz ərazisində olan milli azlıqlardan daha çox maraq göstərsələr və ya başqa yerlərdəki azlıqlara etinasızlıq nümayiş etdirdikləri halda müəyyən bir milli azlığı fəal şəkildə dəstəkləsələr, onda onların hərəkətlərinin motivləri və etibarlılığı sual altına alınmalıdır”.Ermənistanın bizim geri qayıtmaq hüququmuza məhəl qoymaması, bu prosesə yardım etmək və Ermənistandakı Azərbaycan mədəni irsinin vəziyyətini qiymətləndirmək üçün beynəlxalq missiyaları qəbul etməkdən imtina etməsi hamılıqla pislənməlidir. Beynəlxalq ictimaiyyət Ermənistanın açıq-aşkar şəkildə öz ərazisində həyata keçirdiyi “etnik azlıq yoxdursa, problem də yoxdur” yanaşmasına əsaslanan siyasətini rədd etməlidir:“Bu azmış kimi, Ermənistan Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək üçün insan haqları ritorikasından kobud şəkildə sui-istifadə edir. Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Ermənistanın hərəkətlərini daşıdığı məhz bu mahiyyətinə görə pisləməyə çağırır. Biz Ermənistandan qovulmuş azərbaycanlıların Ermənistandakı evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasını təmin etmək üçün üzərinə düşən öhdəlikləri yerinə yetirməsini və insan haqlarından fürsətçi və ikiüzlü şəkildə sui-istifadəsinə son qoymasını tələb edirik.Ədalət və geri qayıtmaq hüququ uğrunda mübarizəmizi davam etdirməklə biz dinc dialoqa sadiqliyimizi bir daha bəyan edirik. Biz dünya ictimaiyyətini etnik mənsubiyyətindən və dinindən asılı olmayaraq bütün insanların hüquqlarına hörmət edildiyi və qorunduğu bir gələcək naminə həyata keçirdiyimiz fəaliyyətimizə dəstək olmağa və bizimlə həmrəy olmağa çağırırıq”.
скачать dle 10.6фильмы бесплатно


197

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması
Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.