Şuşada keçirilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumu və Azərbaycan Prezidenti İlham Əliyevin Forumun açılış mərasimində çıxışı zamanı səsləndirdiyi fikirlə dünya mediasının diqqət mərkəzində qalmaqda davam edir.
Diaspor info-nun xəbər verir ki, Şuşada Qlobal Media Forumu Rusiya mətbuatı tərəfindən geniş işıqlandırılıb.TASS agentliyində “argumenti.ru”, “iz.ru”, “mk.ru” saytlarında yayımlanan informasiyalarda Prezident İlham Əliyevin Azərbaycanın Rusiya ilə münasibətlərinə, iki ölkə arasında imzalanan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə, Bakıda keçirilən Rusiya-ABŞ dialoqu, ölkəsinin Qoşulmama Hərəkatına yeni nəfəs verməsi, keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı, bu ilin sonuna qədər Avropanın daha iki ölkəsinə Azərbaycan qazının çatdırılması, Transxəzər layihəsi ilə bağlı fikirlərinə geniş yer verilib. Xüsusilə vurğulanıb ki, Azərbaycan Prezidenti indiki şəraitdə Rusiya ilə ABŞ arasında təmasların potensial olaraq Azərbaycanda yenə də bərpa edilə biləcəyini bildirib. İki ölkə arasına münasibətlərə gəlincə, dövlət başçısı Bəyannamə imzalanandan bəri Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafının kifayət qədər uğurlu olduğunu deyib.Əlcəzairin “al24news” portalı da Şuşada keçirilən Qlobal Media Forumundan yazıb. Bildirilib ki, “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumu media sahəsində yeni tendensiyalar üzrə ən yaxşı təcrübələr barədə fikri mübadiləsi aparmaq üçün yaxşı imkan yaradır.
Ümumi müzakirələr zamanı çıxış edən ekspertlər və mütəxəssislər vurğulayıblar ki, media sənayesində qabaqcıl texnologiyalardan geniş istifadə və qlobal rəqəmsallaşma bütün dünyada yeni media mənzərəsinin və bu sektorda yeni dinamikanın yaranmasına səbəb olub.mübarizə, eləcə də bu gün rəqəmsallaşma prosesindən keçən ənənəvi kütləvi informasiya vasitələrinin gələcəyi kimi mövzuların müzakirəsi və təcrübə mübadiləsi üçün platforma rolunu oynayır.
Gürcüstan mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimindəki çıxışında səsləndirdiyi fikirlər barədə silsilə materiallar yaymaqda davam edib.
Yayımlanan materiallarda Prezident İlham Əliyevin mətbuatın inkişafı, forumun əhəmiyyəti, qlobal enerji məsələləri, eləcə də sülh çağırışları barədə fikirləri yer alıb.
Geniş oxucu auditoriyasına malik “netgazeti.ge” portalı Prezident İlham Əliyevin çıxışına istinadən yazır: “Biz üç il ərzində 150 mindən çox insanı Qarabağa və Şərqi-Zəngəzur bölgələrinə qaytaracağıq. 2026-cı ilə qədər 140 minə qədər insanın Qarabağ bölgəsinə qayıtması planlaşdırılır. Ümid edirəm ki, gələn il ilk sakinlər Şuşa şəhərində məskunlaşacaq. Biz çox istəyirik ki, 30 il ərzində mənəvi və fiziki əziyyət çəkən insanlara ən yaxşı şərait yaradılsın”.
Həmçinin qeyd olunur ki, Şuşa şəhəri 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan tərəfindən işğaldan azad edilib və qısa müddət sonra burada mehmanxanalar və infrastruktur obyektləri tikilir.nümayəndələrini bir araya gətirdiyi qeyd edilib.
Bildirilib ki, Forumun açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bu gün gündəmdə olan əsas mövzular, o cümlədən yeni media sahəsində irəliləyişlər və Azərbaycanın regionda strateji əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Məqalədə diqqətə çatdırılıb ki, qabaqcıl texnologiyaların və rəqəmsallaşmanın geniş şəkildə tətbiqi nəticəsində media sahəsi sürətlə inkişaf edir və bu, həm yerli, həm də beynəlxalq media orqanları tərəfindən biznes modellərinin yenidən formalaşdırılmasına təkan verir. Azərbaycanda davam edən media islahatları medianın müasir standartlara uyğunlaşdırılmasına və qlobal tələblərə cavab verən kreativ ideyaların təşviqinə zəmin yaradıb.