• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Gürcüstan mətbuatı Prezident İlham Əliyevin Şuşa Forumundakı çıxışından silsilə materiallar dərc edib

24-07-2023, 09:30 | Baxılıb: 194
“Gürcüstan mətbuatı Prezident İlham Əliyevin Şuşa Forumundakı çıxışından silsilə materiallar dərc edib

Gürcüstan mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimindəki çıxışından silsilə materiallar dərc edib.
Diaspor info-nun xəbər veirr ki, yayımlanan materiallarda Prezident İlham Əliyevin mətbuatın inkişafı, forumun əhəmiyyəti, qlobal enerji məsələləri, eləcə də sülh çağırışları barədə fikirləri yer alıb.
Geniş oxucu auditoriyasına malik netgazeti.ge portalı Prezident İlham Əliyevin çıxışına istinadən yazır: “Biz üç il ərzində 150 mindən çox insanı Qarabağa və Şərqi-Zəngəzur bölgələrinə qaytaracağıq. 2026-cı ilə qədər 140 minə qədər insanın Qarabağ bölgəsinə qayıtması planlaşdırılır. Ümid edirəm ki, gələn il ilk sakinlər Şuşa şəhərində məskunlaşacaq. Biz çox istəyirik ki, 30 il ərzində mənəvi və fiziki əziyyət çəkən insanlara ən yaxşı şərait yaradılsın”.
Həmçinin qeyd olunur ki, Şuşa şəhəri 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan tərəfindən işğaldan azad edilib və qısa müddət sonra burada mehmanxanalar və infrastruktur obyektləri tikilir.
Tabula.ge portalı da materialında Qarabağda yerləşən Şuşa şəhərinin ölkənin mədəniyyət paytaxtı elan edildiyi, Ermənistanın Qarabağla yanaşı, Azərbaycanın ərazi bütövlüyünü də tanımağa hazır olduğu xüsusi qeyd edilir.
Gürcüstanın ictimai televiziyasında (1tv.ge) Azərbaycan və gürcü dillərində yayımlanan materialda Prezident İlham Əliyevin beynəlxalq hüququn norma və prinsipləri barədə fikirlərindən bəhs olunur. Bildirilir ki, Beynəlxalq hüququn fundamental prinsipləri var, lakin ölkələrin ərazi bütövlüyü pozulmamalıdır.Xəbərdə deyilir: “Azərbaycanın və Cənubi Qafqazın regional inkişafı daha çox Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasından asılıdır. İndi bizim beynəlxalq aktorlarımız var ki, onlar bizə qarşılıqlı məqbul həll yolu tapmağa kömək edirlər”.Prezidentin sözlərinə görə, bütün beynəlxalq aktorlar başa düşürlər ki, bu qərar beynəlxalq hüquqa əsaslanmalıdır.Telekanalın yayımladığı digər materialda Prezident İlham Əliyevin Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında strateji sualtı elektrik kabelinin tikintisinə başlanılması və təqdimatın sentyabr və ya oktyabr aylarında baş tutacağı barədə fikirləri yer alıb.24news.ge portalında yayılan materialda isə Ermənistanın Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul etməsi və artıq sülh sazişinin imzalanması mərhələsində olduğu bildirilir.Azərbaycan Prezidentinin çıxışından yayılan xəbərdə deyilir: “Hazırda üç beynəlxalq tərəf var ki, bu prosesə (Ermənistanla Azərbaycan arasında normallaşma prosesinə) dəstək olurlar - ABŞ, Rusiya və Avropa İttifaqı. Azərbaycan üç istiqamət üzrə tam səmimiyyətlə bu prosesə qatılıb və nəticəyönümlü yanaşma ortaya qoyur".
“Ermənistan son bir addım ataraq sülh sazişini imzalamalıdır. Düşünürəm ki, Ermənistan son bir addım atmalıdır”, - deyə materialda vurğulanır.İnterpress.ge portalında Prezident İlham Əliyevin Brüssel formatı barədə fikirləri yer alıb. Bildirilir ki, Brüssel formatı Ermənistan və Azərbaycan liderlərinin təmas qurmaları üçün əlavə dəstəkverici mexanizmdir.Portalın yaydığı digər materialda Azərbaycan Prezidentinin Ermənistandakı revanşist qüvvələrlə bağlı fikirləri yer alıb: “Ermənistanda müəyyən insanlar var ki, hələ də revanşist ideyalarla yaşayır. Bizə keçmişdə olan təhlükə 30 il ərzində Ermənistan və onun işğalçılıq siyasətindən qaynaqlanırdı. Artıq biz ümumilikdə bu təhlükənin öhdəsindən gəlmişik. Ancaq, əlbəttə, biz ayıq olmalıyıq, keçmişimizi unutmamalıyıq”.
Aktual.ge portalı isə Şuşa Qlobal Forumu, forumun əhəmiyyəti və burada müzakirə olunan məsələlər, eləcə də iştirakçılar barədə ətraflı məlumat verilir.скачать dle 10.6фильмы бесплатно


194

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması
Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.