• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

BMT-nin rezident əlaqələndiricisi işğaldan azad olunmuş ərazilərdəki yenidənqurma işləri barədə məlumatlandırılıb

25-07-2023, 11:30 | Baxılıb: 176
“BMT-nin rezident əlaqələndiricisi işğaldan azad olunmuş ərazilərdəki yenidənqurma işləri barədə məlumatlandırılıb

İyulun 24-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycan Respublikasında rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Diaspor.info-ya bildirilib ki, görüşdə Azərbaycan və BMT arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, o cümlədən Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası ilə bağlı vəziyyət müzakirə olunub.Ceyhun Bayramov cari ilin sentyabr ayında keçiriləcək BMT Baş Assambleyası çərçivəsində sentyabrın 18-19-da təşkil olunacaq DİM Sammitinin dayanıqlı inkişaf gündəliyinin icrasının mövcud vəziyyətinin təhlili baxımından əhəmiyyətini qeyd edib. Qarşı tərəf milli səviyyədə DİM-ə nail olunması məqsədilə görülən işlər, ölkəmiz üçün əhəmiyyət kəsb edən məqsəd və hədəflərə çatmaq məqsədilə yaradılan Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının fəaliyyəti barədə ətraflı məlumatlandırılıb.Nazir postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarına əsaslanan yenidənqurma işləri, yaşıl enerji zonasının yaradılması istiqamətində atılan addımlardan bəhs edib. Ermənistan tərəfindən hərbi-siyasi təxribatların və mina təhdidinin davam etdirilməsinin sülh səylərinə xələl gətirdiyi bildirilib. Ermənistanın işğalı nəticəsində didərgin düşmüş məcburi köçkünlərimizin qayıdış prosesi və aparılan yenidənqurma işləri baxımından minatəmizləmə fəaliyyətinin vacibliyi və minatəmizləmənin DİM-dən biri olması təşəbbüsünün əhəmiyyəti vurğulanıb.
Rezident əlaqələndirici Vladanka Andreyeva Azərbaycan tərəfindən DİM-in təşviqi istiqamətində görülən işlərin əhəmiyyətli olduğunu vurğulayıb. Ölkəmizin BMT və onun ixtisaslaşmış qurumları ilə əməkdaşlığından məmnunluq ifadə olunub.Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.скачать dle 10.6фильмы бесплатно


176

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Bakı Limanına yeni baş direktor təyin edilib
Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir
Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması
Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Bakı Limanına yeni baş direktor təyin edilib

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.