• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ombudsmanın səlahiyyətləri artırılıb

26-07-2023, 10:30 | Baxılıb: 154
“Ombudsmanın səlahiyyətləri artırılıb

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) səlahiyyətləri artırılıb.
Diaspor info-xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya Qanununu təsdiqləyib.
Sənədə əsasən, müvəkkil “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın və “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin, bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirə biləcək.
Həmçinin müvəkkil insan hüquqları sahəsində dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının və konsepsiyaların icrası prosesinin təhlilini apara, rəy və təkliflərini müvafiq sahədə monitorinq və qiymətləndirməni həyata keçirən quruma təqdim edə bilər.
Qanuna əsasən, müvəkkilin səlahiyyətlərinin bitməsinə 30 gün qalmış Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisinə yeni Müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Azərbaycan Respublikasının Milli Məclisi 15 gün müddətində Müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edəcək.
Eyni zamanda müvəkkil şikayətə baxılması ilə bağlı görülmüş tədbirlər və nəticələr barədə 10 iş günü müddətində ərizəçiyə yazılı surətdə məlumat verməlidir. Əvvəlki qanunda bu, 5 iş günü idi.Bundan başqa, müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətə baxarkən informasiya sahiblərindən zəruri məlumatları (sənədləri, materialları) və ya onların surətlərini tələb edə bilər. Həmin məlumatlar (sənədlər, materiallar) 5 iş günü müddətində Müvəkkilə təqdim edilməlidir.скачать dle 10.6фильмы бесплатно


154

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Diplom tanınması ilə bağlı 358 müraciətə mənfi rəy verilib
Marneulidəki soydaşlarımızın təhsili diqqət mərkəzindədir
Son iki gündə cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Paşinyan II Qaregini dövlət çevilişinə dəstək verməkdə ittiham edib
Bakı Limanına yeni baş direktor təyin edilib
Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

Diplom tanınması ilə bağlı 358 müraciətə mənfi rəy verilib

Marneulidəki soydaşlarımızın təhsili diqqət mərkəzindədir

Son iki gündə cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb

Paşinyan II Qaregini dövlət çevilişinə dəstək verməkdə ittiham edib

Bakı Limanına yeni baş direktor təyin edilib

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.