• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan ilə Qırğızıstan arasında birgə hökumətlərarası komissiyanın iclası keçirilib

26-07-2023, 12:00 | Baxılıb: 176
“Azərbaycan ilə Qırğızıstan arasında birgə hökumətlərarası komissiyanın iclası keçirilib

İyulun 26-da Çolpon-Ata şəhərində Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 5-ci iclası keçirilib.
Diaspor info-xəbər verir ki, iclasda Baş nazirin müavini Əli Əhmədovun başçılıq etdiyi Azərbaycan Respublikasının nümayəndə heyəti iştirak edib.
Əvvəlcə Baş nazirinin müavini, komissiyanın Azərbaycan Respublikası tərəfindən sədri Əli Əhmədov və Qırğız Respublikası Nazirlər Kabineti sədrinin müavini, komissiyanın Qırğızıstan tərəfindən sədri Bakıt Torobayev məhdud tərkibdə görüş keçiriblər. Görüş əsnasında ikitərəfli gündəlikdə olan aktual məsələlərə toxunulub.
Sonra iki ölkənin müvafiq dövlət strukturlarının rəhbərləri və səlahiyyətli nümayəndələrinin iştirakı ilə Birgə hökumətlərarası komissiyanın iclası olub.
Ə.Əhmədov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərin keçirilməsinə görə Qırğızıstan hökumətinə təşəkkürünü bildirib.Tərəflər Azərbaycan-Qırğızıstan dostluq əlaqələrinin və strateji tərəfdaşlığının hərtərəfli inkişafından məmnunluq ifadə ediblər. Vurğulanıb ki, Azərbaycan və Qırğızıstan prezidentləri arasında fəal siyasi dialoq və şəxsi təmaslar ikitərəfli əməkdaşlığın bütün spektri üzrə yüksək dinamikanı təmin edir.Söhbət zamanı, həmçinin iqtisadi-ticari əlaqələrin müsbət dinamikası məmnunluqla qeyd olunub. Bunu 2022-ci ilin yekunlarına dair əmtəə dövriyyəsinin 19 faiz artması da göstərir. Bununla yanaşı, tərəflər qarşılıqlı ticarətin həcminin iki ölkənin iqtisadi və mövcud potensialının inkişafı səviyyəsinə uyğun olmadığı barədə ortaq mövqe ifadə ediblər. Bununla bağlı 2023-2028-ci illərdə ikitərəfli əməkdaşlığın inkişafı üzrə kompleks Proqramın hazırlanması və imzalanmasının vacibliyi qeyd edilib.
Tərəflər, həmçinin qarşılıqlı investisiya qoyuluşunun təşviqinə tərəfdar olduqlarını bildirib, bu kontekstdə Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun təsis edilməsi prosedurunun başa çatmasını yüksək qiymətləndiriblər.
Ə.Əhmədov Azərbaycanda mövcud olan əlverişli investisiya mühitindən bəhs edib. Qırğız tərəfinin diqqətinə çatdırılıb ki, inkişaf etmiş infrastruktur, dövlət səviyyəsində sərmayələrin qorunması ölkəmizi investisiya baxımından cəlbedici edir.
Görüşdə nəqliyyat-tranzit sahəsində əməkdaşlığının dinamikası da müsbət qiymətləndirilib. 2022-ci ilin yekunlarına görə, Azərbaycan ilə Qırğızıstan arasında yükdaşımaları təxminən 1,7 dəfə artıb, tranzit yükdaşımaları iki dəfə çoxalıb.Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin aktuallığı qeyd olunub. Tərəflər Orta Dəhlizin əlaqələndirilmiş şəkildə rəqəmsallaşdırılması işinin aparılmasına, həmçinin bu nəqliyyat istiqamətinə əlavə yüklərin cəlb olunması məqsədilə cəzbediciliyinin artırılmasına dair razılıq əldə ediblər.
Tərəflər, həmçinin bərpaolunan enerji mənbələri, kənd təsərrüfatı, turizm, mədəni-humanitar və digər sahələrdə ikitərəfli qarşılıqlı münasibətlərin inkişafı perspektivlərini müzakirə ediblər.Hər iki tərəf qarşılıqlı faydalı əməkdaşlığın bütün kompleksi üzrə konstruktiv dialoqun davam edirilməsinə hazır olduğunu ifadə edib.İclasın yekunu olaraq Ə.Əhmədov və B.Torobayev Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 5-ci iclasının Protokolunu imzalayıblar.скачать dle 10.6фильмы бесплатно


176

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Diplom tanınması ilə bağlı 358 müraciətə mənfi rəy verilib
Marneulidəki soydaşlarımızın təhsili diqqət mərkəzindədir
Son iki gündə cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Paşinyan II Qaregini dövlət çevilişinə dəstək verməkdə ittiham edib
Bakı Limanına yeni baş direktor təyin edilib
Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

Diplom tanınması ilə bağlı 358 müraciətə mənfi rəy verilib

Marneulidəki soydaşlarımızın təhsili diqqət mərkəzindədir

Son iki gündə cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb

Paşinyan II Qaregini dövlət çevilişinə dəstək verməkdə ittiham edib

Bakı Limanına yeni baş direktor təyin edilib

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.