• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Rusiyalı hərbi ekspert Qarabağda gördüklərindən yazır

26-07-2023, 12:30 | Baxılıb: 211
“Rusiyalı hərbi ekspert Qarabağda gördüklərindən yazır

İyulun 21-dən 23-dək Prezident İlham Əliyevin tapşırığına əsasən “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilmiş Şuşa Qlobal Media Forumunda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib və sualları cavablandırıb.Diaspor info xəbər verir ki, xarici qonaqlar Forumla bağlı, eləcə də işğaldan azad edilmiş ərazilərdən, xüusilə də Şuşadan paylaşımlar ediblər.Bu günədək çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyi Şuşa şəhəri ilə bağlı maraqlı paylaşımı Rusiyalı hərbi ekspert İqor Korotçenko edib. Facebook sosial şəbəkə hesabında paylaşımlar edən ekspert ilk olaraq Azərbaycan Prezidenti İlham Əliyevlə səmimi görüşündən yazıb.Füzuli Beynəlxalq Hava Limanından və rayonda aparılan quruculuq işlərindən paylaşım edən Korotçenko qeyd edib ki, “Azərbaycanın Füzuli rayonunu işğalçılar xarabalığa çevirərək kilometrlərlə sahələri minalanmışdılar. İndi bu torpağın əsl sahibləri azad edilmiş Qarabağa gəlib, hər yerdə tikinti işləri aparılır”.Rusiyalı hərbi ekspert Şuşadan paylaşım edərkən yazıb ki, “30 illik erməni işğalı zamanı bütün Şuşa demək olar ki, tamamilə dağıdılmışdı. Şəhərin tarixi özəyi dəhşətli görünsə də Şuşanı bərpa edən Azərbaycanlı inşaatçıları uzun gərgin iş gözləyir. Amma buna baxmayaraq hamı nikbindir ki, şəhər tamamilə dirçələcək. Azərbaycanın mədəniyyət paytaxtı Şuşada şəhərin tarixi görkəminin bərpası məqsədilə genişmiqyaslı bərpa işləri aparılır. Budur Şuşa Qlobal Media Forumunun iştirakçıları Şuşanın işğaldan azad edilməsindən sonra bərpa edilmiş tarixi binalarla tanış olurlar”.Eyni zamanda Korotçenko Vətən müharibəsində Azərbaycan Ordusunun döyüş yoluna da toxuaraq yazıb ki, “İkinci Qarabağ müharibəsi təcrübəsini öyrənmək lazımdır. İndi tamamilə inanılmaz görünən cəmi 44 gün ərzində Azərbaycan Ordusu aşağıdan yuxarıya doğru irəliləyərkən 30 il ərzində möhkəmlənən erməni uzunmüddətli mühəndis strukturları sistemini, tank əleyhinə sədləri və kilometrlərlə minalanmış əraziləri (“Ohanyan xətti” adlanır) keçə bildi. Nəticədə Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin öhdəsindən gələ bilməyib və məğlub olub”.Rusiyalı hərbi ekspert İqor Korotçenkonun Forumla bağlı pozitiv paylaşımı bütövlükdə tədbirdə iştirak edən qonaqların Prezident İlham Əliyev, ölkəmiz, Şuşa və Forum haqqında təəssüratlarının müsbət olduğunu göstərir. Göründüyü kimi dövlət başçısının Azərbaycanın müsbət imicini növbəti dəfə dünya mediasının gündəminə çevirməsi ekspert rəylərində öz əksini tapmaqla bərabər Forumun öz məqsədinə çatdığının əyani göstəricisidir.

Nəriman Nəcəfov

NUHÇIXANскачать dle 10.6фильмы бесплатно


211

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Diplom tanınması ilə bağlı 358 müraciətə mənfi rəy verilib
Marneulidəki soydaşlarımızın təhsili diqqət mərkəzindədir
Son iki gündə cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Paşinyan II Qaregini dövlət çevilişinə dəstək verməkdə ittiham edib
Bakı Limanına yeni baş direktor təyin edilib
Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

Diplom tanınması ilə bağlı 358 müraciətə mənfi rəy verilib

Marneulidəki soydaşlarımızın təhsili diqqət mərkəzindədir

Son iki gündə cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb

Paşinyan II Qaregini dövlət çevilişinə dəstək verməkdə ittiham edib

Bakı Limanına yeni baş direktor təyin edilib

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.