• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

QAX RAYONU VƏ KƏNDLƏRİ- REALLIQ NƏDİR?

9-08-2023, 00:13 | Baxılıb: 1 201
“QAX RAYONU VƏ KƏNDLƏRİ- REALLIQ NƏDİR?

Şəhid Anası: ermənilər hiyləgər millətdir, əgər məğlubiyyətlə razılaşmasalar və üçüncü Qarabağ savaşı başlayarsa bu dəfə Şanlı Azərbaycan əsgəri İrəvanda dayanacaqdır!


QAX RAYONU VƏ KƏNDLƏRİ- REALLIQ NƏDİR?





Azərbaycanın dilbər guşələrindən biri olan Qax rayonunda, şəhər və bir neçə kəndində olduq. Səfərimiz xəbərsiz olduğuna görə video müsahibələrdə müxtəlif texniki qüsurlar oldu. Düşündük ki, əsil həqiqəti çəkib oxuculara təqdim etmək üçün anidən bir neçə kəndə getmək bizə kifayət edəcəkdir. İlk öncə Qax şəhərində olduq, şəhidlər xiyabanını ziyarət etdik, daha sonra şəhərə öz gözəlliyini bəxş edən Heydər Əliyev parkına gələrək Ümummilli liderimizi də yad etdik. Sübh tezdən Qax şəhərində fəaliyyət göstərən iki məscidə təşrif buyurduq. Burada Qax rayonunun axundu ilə görüşüb həmsöhbət olduq. Daha sonra Qum, Ləkit və Zərnə kəndlərində də, olduq. Zərnə və Ləkit kəndlərində bir sıra sosial obyektlərə, təhsil, mədəniyyət və səhiyyə müəssisələrinə də baş çəkdik. Zərnə kəndində bir neçə kənd sakinindən video müsahibə aldıq. Kənddə fəaliyyət göstərən və müasir standartlara cavab verən tam orta məktəb, əsaslı təmirdən çıxmış sənətkarlıq evini, kitabxana və tibb məntəqəsini də, ziyarət etdik. Gördüklərimiz ürəkaçan oldu, ucqar bir dağ kəndində yaradılan gözəl şərait onu deməyə əsas verir ki, dövlətimizin qüdrəti Azərbaycanın hər bir guşəsində hiss olunur. Zərnə kəndində aldığım müsahibələrdə yalnız dövlətimizin öz vətəndaşlarına göstərdiyi qayğıdan geniş söhbət açılır. Kənd camaatı təbii qazla bağlı problemin olduğunu da vurğuladılar, dedilər ki, hələ sovetlər birliyi dövründə belə bu kənddə mavi yanacaq olmayıb. Nəzərə alsaq ki, bu gün qaz çəkilişi dövlət proqramları çərçivəsində öz həllini tapır, deməli zərnəlilər də öz növbələrini gözləməli olacaqlar.
Şəhər camaatı və kənd ağsaqqalları ilə etdiyimiz səmimi söhbətlərdən belə anladıq ki, Qax rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev də, Cənab Prezidentin tapşırıqlarını yüksək səviyyədə yerinə yetirir. Belə ki, icra başçısının tez-tez səyyar qəbul təşkil etməsi, şəhər və kənd camaatının qarşılaşdığı problemlərinin yerindəcə öz həllini tapması deməkdir. Bizimlə səmimi söhbət edən, ancaq nədənsə adının çəkilməsini istəməyən bir ağsaqqal dedi ki, Qax şəhərindəki şəhidlər xiyabanına gedin və rayon rəhbərliyinin bu təbəqədən olan insanlara göstərdiyi diqqət və qayğının hansı səviyyədə olduğunun şahidi olacaqsınız.
Biz Qax şəhərindəki şəhidlər xiyabanı ilə yanaşı rayonun Zərnə kəndindən olan Şəhid Hacıəhmədli Hacıəhməd Həsən oğlunun doğulub boya-başa çatdığı evə getdik və Şəhid anasını ziyarət etdik. Şəhidimiz Hacıəhməd Həsən oğlu İkinci Qarabağ savaşı, 44 gün davam edən "Vətən Müharibəsində" şəhidlik zirvəsinə ucalıb. Şəhid anası əvvəlcə Dövlət başçısı İlham Əliyevə və onun yerdəki nümayəndəsi Musa Şəkiliyevə onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirdi. Şəhid anasının video müsahibəsində dediyi bir fikir diqqətimizi daha çox çəkdi:- ermənilər hiyləgər millətdir, əgər məğlubiyyətlə razılaşmasalar və üçüncü Qarabağ savaşı başlayarsa bu dəfə Şanlı Azərbaycan əsgəri İrəvanda dayanacaqdır!

FOTO VƏ VİDEO MATERİALLAR:





QAX RAYONU VƏ KƏNDLƏRİ- REALLIQ NƏDİR?
QAX RAYONU VƏ KƏNDLƏRİ- REALLIQ NƏDİR?
QAX RAYONU VƏ KƏNDLƏRİ- REALLIQ NƏDİR?
QAX RAYONU VƏ KƏNDLƏRİ- REALLIQ NƏDİR?
QAX RAYONU VƏ KƏNDLƏRİ- REALLIQ NƏDİR?
QAX RAYONU VƏ KƏNDLƏRİ- REALLIQ NƏDİR?



Əlmaniz Ələkbərli
Azərbaycan Yazıçılar Və
Jurnalistlər Birliyinin Üzvü.скачать dle 10.6фильмы бесплатно


1 201

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Şoyqu: "Əks-hücum əməliyyatlarının əhəmiyyətli nəticələri yoxdur, Ukrayna məhvə doğru gedir"
İsveçrə Almaniyaya 25 ədəd “Leopard 2” tankı satacaq
Türkiyə lideri: "Azərbaycan Ordusu Xocalıya sülh və əmin-amanlıq gətirmək üçün daxil olub"
Ərdoğan Zəngəzur dəhlizi ilə bağlı Ermənistana xəbərdarlıq edib və yeni marşrutu açıqlayıb
Ermənistandan tibbi heyətin olduğu helikopterin Qarabağa daxil olması təmin edilib
Hikmət Hacıyev: “Azərbaycanın bir sıra rayonlarının xəstəxanaları Xankəndidən pasiyent qəbul etməyə hazırdır”

Şoyqu: "Əks-hücum əməliyyatlarının əhəmiyyətli nəticələri yoxdur, Ukrayna məhvə doğru gedir"

İsveçrə Almaniyaya 25 ədəd “Leopard 2” tankı satacaq

Türkiyə lideri: "Azərbaycan Ordusu Xocalıya sülh və əmin-amanlıq gətirmək üçün daxil olub"

Ərdoğan Zəngəzur dəhlizi ilə bağlı Ermənistana xəbərdarlıq edib və yeni marşrutu açıqlayıb

Ermənistandan tibbi heyətin olduğu helikopterin Qarabağa daxil olması təmin edilib

Hikmət Hacıyev: “Azərbaycanın bir sıra rayonlarının xəstəxanaları Xankəndidən pasiyent qəbul etməyə hazırdır”

Türk Dövlətləri Diaspor Gənclərinin I Forumunun ilk panelində “Heydər Əliyev və Türk Dünyası” mövzuzundan bəhs edilib

Xankəndi yaxınlığındakı partlayışda 20 nəfər ölüb, 290 nəfər yaralanıb

Qarabağda müsadirə edilən döyüş texnikası, silah və sursatın sayı açıqlanıb

“Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi təmin olunur

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.