• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Türkiyə KİV: “Qarabağ erməniləri iki yerə bölünüb - barışıq tərəfdarı olanlar və aqressiv qrup”

22-08-2023, 09:30 | Baxılıb: 181
“Türkiyə KİV: “Qarabağ erməniləri iki yerə bölünüb - barışıq tərəfdarı olanlar və aqressiv qrup”

“Qarabağ erməniləri iki yerə bölünüb - barışıq tərəfdarı olanlar və aqressiv qrup”.
Diaspor info xəbər verir ki, bu fikirlər “Türkiyə” qəzetinin Azərbaycanın işğaldan azad olunan ərazilərindən hazırladığı reportajda əksini tapıb.
Müəllif yazır ki, dünya birliyi uzun illər Qarabağda yaşananlara göz yumub: “Əgər qətliamlar davam etsəydi, bundan sadəcə Türkiyə və Pakistan üzüləcəkdi, dünya birliyi baş verənləri heç vecinə belə almazdı”.
Daha sonra Rusiyanın münaqişənin həllində yarıtmaz fəaliyyətinə toxunulub və vurğulanıb ki, Kreml Azərbaycanın belə bir zəfər qazanacağını gözləmirdi: “Türkiyə istehsalı olan silahlar və Türkiyə ordusunun təcrübəsi müharibənin gedişatını dəyişdirəndə ruslar tələsik bölgəyə daxil oldular. Bir gecədə bölgəyə sülhməramlı qismində 2 000 əsgər gətirildi. Əslində, müharibədən sonra imzalanan 10 noyabr bəyanatı bölgəyə sakitlik gətirə və indi bir çox məsələlər həll oluna bilərdi. Təəssüf ki, ermənilər diasporun təkliflərinə aldandılar və üçtərəfli bəyannaməni nəzərə almadılar”.
Laçın yolu ilə dərman və yeməkdən çox silah və siqaret daşınıbMüəllif qeyd edib ki, indi əsas mövzu Laçın yoludur və bura illərdir humanitar yardım üçün açıqdır: “Ancaq bu yolla dərman və yeməkdən çox silah və siqaret daşınıb. Ağdam-Xankəndi yolu ilə humanitar yardımların daşınması barədə razılıq olsa da, bu, yerinə yetirilmədi. Biz rayonda olarkən Xankəndidən Laçın yolu ilə onlarla erməninin rahatlıqla Ermənistana keçdiyinin şahidi olduq. Heç kim heç nə demir, rahatlıqla keçir, hətta çamadanlarını da aparırlar.
Azərbaycanlılar deyir ki, “Bizə qarşı cinayət törətməsəydilər, əlləri qana batmasaydı, amnistiya tətbiq edərdik”. Ruben Vardaryan Qarabağla heç bir əlaqəsi olmayan oliqarxdır. Araik Arutyunyan “Gəncə və Bərdəyə hücum əmrini mən vermişəm” deyən terrorçudur. Amma qəribədir ki, onlar hələ də Qərb tərəfindən qorunur”.ermənilərin yanında yer aldı. Türkiyə və Pakistan sona qədər Azərbaycanın yanındadır. Türkiyə azərbaycanlı qardaşlarını tək qoymur. Həm tikintini sürətləndirir, həm də onların səsini xarici dünyaya çatdırır”.
Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, Krımın işğalını heç vaxt qəbul etmir
Sonda vurğulanıb ki, azərbaycanlılar Rusiyanın qarşısında aciz deyillər. Onlar Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, Krımın işğalını heç vaxt qəbul etmir: “Bildiyiniz kimi, hazırda Rusiyaya qarşı sanksiyalar tətbiq olunur. Amma ermənilər lazım olan malları üçüncü ölkələrdən alıb ruslara satırlar. Bu günə kimi işğaldan azad olunan torpaqlarda 65 min mina təmizlənib. Ağdam 30 min əhalisi olan şəhər idi, indi heç nə qalmayıb. Nə Cəbrayıl, nə Füzuli, nə kəndləri qalıb. Qarabağ erməniləri azərbaycanlıların malikanələrində yerləşiblər. Azərbaycan silahlı hücumlara cavab verir. Ermənilər sonra da hay-küy salırlar ki, mülki əraziyə hücum ediblər. Qardaş nə ərazi? Şəhərlər xarabalığa çevrilib - nə şüşəsi, nə damı, qapısı, pəncərəsi, bir divar belə qalmayıb. Yenidən qurulan kəndlərə gəldikdə, keyfiyyətlə inşa edilib. Zəngilanın Ağalı kəndində su, işıq, qaz, kənd təsərrüfatı alətləri var. İnanın ki, onların məktəbləri gül kimi, həsəd aparılacaq formadadır”.скачать dle 10.6фильмы бесплатно


181

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib
Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.