Toronto şəhərində Ermənistanın yolverilməz əməllərini ifşa edən məlumatlandırma aksiyası keçirilib
Kanadanın Toronto şəhərində fəaliyyət göstərən Azərbaycan icmasının ölkəmizin sülh səylərinin dərk edilməsi və dəstəklənməsi ilə bağlı məlumatlandırma aksiyası keçirilib.
Toronto şəhərinin mərkəzində yerləşən məşhur Yonq-Dandas Meydanında (Yonge and Dundas Square) və Yonc-Blur (Yonge and Bloor) yolayırıcında baş tutan aksiya zamanı “Qarabağ Azərbaycandır!” adlı guşə yaradılıb. Guşənin üzərində “Azərbaycan sülh istəyir, Ermənistan müharibə istəyir”, “Ermənistan sülhü rədd edir, müharibəni seçir”, “Ermənistan, sülh sazişini imzala!”, “Erməni separatçılarının qanunsuz fəaliyyətinə son qoyulsun!”, “Ermənistan, bizim torpaqlarımızın minalandırılmasını dayandır!”, “Ermənilərin minaları dinc sakinləri öldürür!”, “Azərbaycan girovlarını azad et!”, “Mina qurbanlarına görə ədalət tələb edirik!”, “Ermənistanın ekoloji terroruna son qoyulsun!” “Qarabağın ekoloji mühitinin dağıdılmasına görə ədalət tələb edirik!” və sair şüarların əks olunduğu fotomateriallar yerləşdirilib.
İcma fəallarınız Toronto sakinlərinə Ermənistanın hərbi və ekoloji cinayətləri barədə ətraflı məlumatın əks olunduğu “Təcili fəaliyyətə çağırış: Azərbaycanda kritik problemlərin həlli” sərlövhəli broşürlar paylayıblar. Broşürlarda 30 il ərzində Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycanın Qarabağ bölgəsinin xarabalığa çevrildiyinə və 2020-ci ildə baş vermiş müharibədən sonra qalmış aktual problemlərin indiyədək həll olunmadığına diqqət cəlb edilib.
Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərində basdırılmış minaların insan həyatını təhdid etdiyi, 2020-ci il müharibəsindən bəri Azərbaycanda mina qurbanlarının sayının 303 nəfərə çatdığı, rəsmi İrəvanın dəqiq mina xəritələri verməkdən imtinasının insan hüquqlarını kobudcasına pozduğu, erməni KİV-lərinin azərbaycanlılara qarşı pis rəftarla bağlı pərakəndə sübutlar yaymasının III Cenevrə konvensiyasına zidd olduğu, bir neçə azərbaycanlı əsgərin girov götürülərkən fiziki, mənəvi işgəncələrə və təhqirlərə məruz qaldığı, Azərbaycanın Qarabağ bölgəsində qızıl və mis-molibden yataqlarının qeyri-qanuni istismar edildiyi, 60 min hektardan çox meşə sahəsinin darmadağın edildiyi, çaylarımızın çirkləndirildiyi və sair faktlar nəzərə çatdırılıb. Regional əməkdaşlığa sadiqliyini qonşu Gürcüstanın timsalında sübut edən Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq öz ərazilərində, o cümlədən nəqliyyat-kommunikasiya yolları üzərində suverenliyini qorumağa çalışdığı, Xankəndi-Laçın yolunun açıq olduğu vurğulanıb.
Azərbaycan icması Kanada ictimaiyyətini və beynəlxalq təşkilatları bu kritik və önəmli mərhələdə erməni uydurmalarına inanmamağa, Azərbaycanın sülhsevər mövqeyini əməli şəkildə dəstəkləməyə və tərəflər arasında konstruktiv dialoqun təşviqinə yardım göstərməyə çağırıb.
В Toронто состоялась информационная акция, разоблачающая недопустимые действия Армении
Состоялась информационная акция азербайджанской общины, осуществляющей деятельность в канадском городе Торонто, направленная на осознание и поддержку мирных усилий нашей страны.
В ходе акции, проведенной на знаменитой площади Йондж-Дандас (Yonge and Dundas Square), расположенной в центре города Торонто, и на перекрестке Йондж-Блур (Yonge and Bloor), был создан уголок под названием “Карабах – это Азербайджан!”. В уголке размещены фотоматериалы, отражающие такие лозунги, как “Aзербайджан желает мира, а Армения - войны”, “Армения отвергает мир и выбирает войну”, “Армения, подпиши мирное соглашение!”, “Прекратить незаконную деятельность армянских сепаратистов!”, “Армения, прекрати минировать наши земли!”, “Армянские мины убивают мирных жителей!”, “Освободи азербайджанских заложников!”, “Требуем справедливости за жертв мин!”, “Прекратить экологический террор со стороны Армении!” “Требуем справедливости за разрушение экологической среды Карабаха!” и пр.
Активисты нашей общины раздали жителям Торонто брошюры под заголовком “Призыв к безотлагательной деятельности: решение критических проблем в Азербайджане”, в которых отражена подробная информация о военных и экологических преступлениях Армении. B брошюрах гoворится о том, что в результате 30-летней захватнической политики Армении Карабахский регион Азербайджана превратился в руины, что актуальные проблемы, оставшиеся после войны 2020 года, до сих пор не нашли решения.
Было отмечено, что мины, заложенные армянскими вооруженными силами на территориях Азербайджана, угрожают жизни людей, что после войны 2020 года число жертв мин в Азербайджане достигло 303 человек, подчеркнуто, что отказ официального Иревана в предоставлении точных карт минных полей грубо нарушает права человека, что распространение армянскими СМИ разрозненных доказательств, связанных с плохим обращением с азербайджанцами, противоречит III Женевской конвенции, говорилось о том, что несколько азербайджанских солдат, взятых в заложники, подверглись физическим и моральным пыткам и оскорблениям, что в Карабахском регионе Азербайджана осуществляется незаконная эксплуатация золотых и медно-молибденовых месторождений, опустошены более 60 тысяч гектаров лесных угодий, загрязнены наши реки, и других фактах. Отмечено, что Азербайджан, на примере соседней Грузии доказавший приверженность региональному сотрудничеству, в соответствии с международным правом старается сохранить суверенитет на своей территории, в том числе над транспортно-коммуникационными путями, что дорога Ханкенди-Лачин остается открытой.
Aзербайджанская община призвала канадскую общественность и международные организации не поддаваться на армянские домыслы на этом критическом и важном этапе, поддержать на деле миролюбивую политику Азербайджана и оказать содействие поощрению конструктивного диалога между сторонами.