• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

ATƏT-in Praqadakı nümayəndəliyi qarşısında Ermənistanı ifşa edən məlumatlandırma aksiyası keçirilib

24-08-2023, 12:30 | Baxılıb: 186
“ATƏT-in Praqadakı nümayəndəliyi qarşısında Ermənistanı ifşa edən məlumatlandırma aksiyası keçirilib

ATƏT-in Praqadakı nümayəndəliyi qarşısında Ermənistanı ifşa edən məlumatlandırma aksiyası keçirilib

Çexiyada fəaliyyət göstərən Azərbaycan icması Praqa şəhərində ölkəmizin sülh səylərinin dərk edilməsi və dəstəklənməsi ilə bağlı növbəti məlumatlandırma aksiyası keçirib.Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Boris Nemtsov meydanı 529/2 ünvanında yerləşən Praqadakı Sənədlər Mərkəzi önündə baş tutan aksiya Azərbaycan icmasının fəalı Fərid Əmirəliyevin təşkilatçılığı ilə gerçəkləşdirilib.
Aksiya zamanı “Azərbaycan sülh istəyir, Ermənistan müharibə istəyir”, “Ermənistan sülhü rədd edir, müharibəni seçir”, “Ermənistan, sülh sazişini imzala!”, “Azərbaycan torpaqlarında Ermənistan əsgəri olmamalıdır!”, “Ermənistan, hücumu dayandır!”, “Ermənistan, bizim torpaqlarımızın minalandırılmasını dayandır!”, “Ermənilərin minaları dinc sakinləri öldürür!”, “Azərbaycan ərazilərində ekoloji terrorun törədilməsinə son qoyulsun!”, “Ermənistan İrəvandakı Azərbaycan mədəni irsini məhv edir”, “Azərbaycanın təbii sərvətlərinin talanına son qoyulsun!”, “Ətraf mühitə düzəldilməsi mümkün olmayan ziyanın vurulmasına son qoyulsun!” və sair şüarların əks olunduğu plakatlar nümayiş etdirilib.

Bu addımla icmamız ATƏT-in diqqətini Ermənistanın yenidən beynəlxalq ictimaiyyəti siyasi, hərbi və informasiya yönümlü manipulyasiya kampaniyası üçün alətə çevirmək cəhdləri göstərməsinə yönəldib. Azərbaycan icması ATƏT-i bu kritik və önəmli mərhələdə erməni yalanlarına inanmamağa, Azərbaycanın sülhsevər mövqeyini əməli şəkildə dəstəkləməyə və tərəflər arasında konstruktiv dialoqun təşviqinə yardım göstərməyə çağırıb.

Aksiya ilə maraqlanan Praqa sakinlərinə Ermənistanın ölkəmizə qarşə hərbi və ekoloji cinayətləri barədə ətraflı məlumat verilib. 30 il ərzində Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycanın Qarabağ bölgəsinin xarabalığa çevrildiyi və 2020-ci ildə baş vermiş müharibədən sonrakı aktual problemlərin indiyədək həllini tapmaması vurğulanıb. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərində basdırılmış minaların insan həyatını təhdid etməsi, 2020-ci il müharibəsindən bu günə qədər Azərbaycanda mina qurbanlarının sayının 303 nəfərə çatması, rəsmi İrəvanın dəqiq mina xəritələri verməkdən imtina etməsi və bununla da insan hüquqlarını kobudcasına pozulması, erməni KİV-lərinin azərbaycanlılara qarşı pis rəftarla bağlı pərakəndə sübutlar yaymasının III Cenevrə konvensiyasına zidd olması, azərbaycanlı hərbiçilərin girov götürülərkən fiziki, mənəvi işgəncələrə və təhqirlərə məruz qalması, Azərbaycanın Qarabağ bölgəsində qızıl və mis-molibden yataqlarının qeyri-qanuni istismar edilməsi, 60 min hektardan çox meşə sahəsinin darmadağın ediıməsi, çaylarımızın çirkləndirilməsi, Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq öz ərazilərində, o cümlədən nəqliyyat-kommunikasiya yolları üzərində suverenliyini qorumağa çalışması, Xankəndi-Laçın yolunun açıq olması kimi faktlar nəzərə çatdırılıb.

ATƏT-in Praqadakı nümayəndəliyi qarşısında Ermənistanı ifşa edən məlumatlandırma aksiyası keçirilib
ATƏT-in Praqadakı nümayəndəliyi qarşısında Ermənistanı ifşa edən məlumatlandırma aksiyası keçirilib
ATƏT-in Praqadakı nümayəndəliyi qarşısında Ermənistanı ifşa edən məlumatlandırma aksiyası keçirilib
ATƏT-in Praqadakı nümayəndəliyi qarşısında Ermənistanı ifşa edən məlumatlandırma aksiyası keçirilib
ATƏT-in Praqadakı nümayəndəliyi qarşısında Ermənistanı ifşa edən məlumatlandırma aksiyası keçirilibскачать dle 10.6фильмы бесплатно

186

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib
Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.