• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Şuşada şəhidlik zirvəsinə ucalan xızılı qəhrəman 31 ildən sonra doğma yurdunda dəfn olunub

24-08-2023, 21:00 | Baxılıb: 153
“Şuşada şəhidlik zirvəsinə ucalan xızılı qəhrəman 31 ildən sonra doğma yurdunda dəfn olunub

Birinci Qarabağ müharibəsi zamanı 1992-ci il yanvarın 26-da Şuşa rayonunun Daşaltı kəndində şəhidlik zirvəsinə ucalan Rüstəmov Araz Bəgi oğlunun cəsədinin qalıqları Xızıda dəfn olunub.
Diaspor info-nun məlumatına görə, qəhrəman döyüşçü ölümündən 31 il sonra doğulub boya-başa çatdığı Giləzi qəsəbəsinin qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin ailə üzvləri ilə yanaşı, Xızı Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xızı rayon bölməsinin, hüquq mühafizə orqanlarının, rayon ictimaiyyətinin nümayəndələri, qazilər və qəsəbə sakinləri iştirak ediblər.
Dəfn mərasimində şəhidlərimizin ruhuna dualar oxunub, xalqımıza və dövlətimizə sülh və əmin-amanlıq arzulanıb, şəhidin məzarına tər güllər düzülüb, əklil qoyulub.
Qeyd edək ki, Rüstəmov Araz Bəgi oğlu 1968-ci il aprelin 7-də Xızı rayonunun Giləzi qəsəbəsində doğulub. Ailədə üç qardaş, bir bacı olublar. Araz ailənin sonbeşiyi idi.
Araz Rüstəmov Qazaxıstanda hərbi xidmət keçdikdən sonra Xızıya qayıdaraq kolxozda və yem emalı müəssisəsində, sonra Bakıda “Azərkitab”da çalışıb. Birinci Qarabağ müharibəsi başlayanda ailəsindən xəbərsiz könüllü cəbhəyə yollanıb. Şuşa və Xankəndi ətrafındakı kəndlər uğrunda gedən döyüşlərdə fəal iştirak edib. 1992-ci il yanvarın 26-da Daşaltı əməliyyatı zamanı itkin düşüb. Ondan sonra ailəsi Araz barədə heç bir xəbər almayıb.
Xatırladaq ki, şəhid Araz Rüstəmov Şuşa rayonunun Daşaltı kəndi ərazisində qalıqları aşkarlanaraq, şəxsiyyəti müəyyənləşmiş yeddi nəfərdən biridir.скачать dle 10.6фильмы бесплатно


153

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib
Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.