• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

“Forbes” Azərbaycandakı mina problemini işıqlandırıb, Ukrayna ilə paralellər aparıb

27-08-2023, 18:00 | Baxılıb: 214
““Forbes” Azərbaycandakı mina problemini işıqlandırıb, Ukrayna ilə paralellər aparıb

Dünyaca məşhur “Forbes” nəşri Azərbaycan və Ukraynadakı mina problemini işıqlandıraraq bu ölkələrin ən əlverişli torpaqlarının minalarla çirkləndiyini və bu ərazilərin təmizlənməsinə nəhəng vəsaitlərin ehtiyac olduğunu gündəmə gətirib.
Diaspor info xəbər verir ki, araşdırmaçı jurnalist Cozef Hemmond məqaləsində Azərbaycanın Qarabağ bölgəsinin 30 illik işğaldan sonra azad edildiyini xatırladaraq bu regionun eynən Ukrayna kimi kütləvi şəkildə minalara məruz qaldığını oxucuların diqqətinə çatdırıb.
“Azərbaycan Sovet İttifaqının son günlərində erməni separatçıları tərəfindən zəbt edilmiş və 2020-ci ilə qədər otuz il işğal altında qalmış beynəlxalq səviyyədə tanınmış ərazilərini geri alıb.
Ukrayna kimi, bu ərazilər də sovet dövrünün minaları ilə çox çirklənib və Ukrayna kimi, bu torpaqlar da Azərbaycanın istifadə üçün ümid etdiyi kənd təsərrüfatı potensialına malikdir. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, davam edən minatəmizləmə işləri sayəsində ötən il orada 50 min hektara yaxın dənli bitkilər əkilib”, - o qeyd edib.
Məqalədə vurğulanıb ki, yüzminlərlə keçmiş məcburi köçkün öz evlərinə qayıtmağa və dağılmış şəhərləri bərpa etməyə ümid etdiyi üçün Azərbaycan minaların təmizlənməsini əsas prioritet hesab edib: “Region bir vaxtlar kənd təsərrüfatı məhsulları ilə tanınırdı”.
Müəllif yazısında bu məsələ ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin fikirlərini də sitat gətirib.
“İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinə dair bu zəruri ehtiyac Azərbaycanın “ən mühüm məsələlərindən” biridir, Prezident Əliyev ötən ay Azərbaycanın Qlobal Media Forumunda çıxışı zamanı bunu bir daha bəyan edib. Hələ də minalarla çox çirklənmiş Şuşa şəhərində yüzlərlə beynəlxalq nümayəndəyə müraciət edərək bildirib ki, azərbaycanlılar bölgəni bərpa etdikdən sonra minalardan 300-ə yaxın azərbaycanlı həlak olub və ya yaralanıb. Bu, Ukraynadakı oxşar hekayədir, lakin daha da kədərli. “Save The Children” QHT-sinin məlumatına görə, Ukraynada yaralananların səkkizindən biri uşaqdır”, - C.Hemmond nəql edib.təmizləmə strategiyasını daha yaxşı başa düşmək üçün Azərbaycana səfər ediblər. Azərbaycanın nou-hau və texnologiyalarını dünyanın başqa yerlərində tətbiq etmək üçün Səudiyyə-Azərbaycan birgə şirkəti yaradılıb”.Müəllif Ukrayna Prezidenti Volodimir Zelenskinin Bakının Kiyevə minatəmizləmə sahəsində töfhə verməyə hazır olduğuna dair müraciətini də yazısında işıqlandırıb.
“Hər iki ölkədə minalara qarşı mübarizə onilliklər olmasa da, illər çəkəcək. Ukrayna məsələsində bəzi bədbin analitiklər deyirlər ki, hazırda minalanmış Ukrayna ərazisinin təqribən 30 %-ni təmizləmək üçün yeni və innovativ həllər cəhd edilməsə, bu, yüzilliklər çəkə bilər. Bununla belə, hər iki ölkədə bu, mümkünsüz mübarizə deyil, çünki hər ikisi bir gün yenidən əkini təmin etməyə can atan çalışqan fərdlərin və təşkilatların vətənidir”.скачать dle 10.6фильмы бесплатно


214

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib
Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.