• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

İordaniya mediasında Azərbaycanın birinci xanımı Mehriban Əliyeva haqqında məqalə dərc edilib

29-08-2023, 09:30 | Baxılıb: 197
“İordaniya mediasında Azərbaycanın birinci xanımı Mehriban Əliyeva haqqında məqalə dərc edilib

Tanınmış iordaniyalı tarixçi və jurnalist Ömər Armuti İordaniyanın “Nayrouz” informasiya agentliyinin saytında Azərbaycanın birinci xanımı Mehriban Əliyeva haqqında geniş məqalə ilə çıxış edib.
Diaspor info xəbər verir ki, “Ömrünü Azərbaycana, öz xalqına və ölkəsinin inkişafına həsr etmiş qadın” sərlövhəli məqalədə Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyət Fondunun prezidenti və Azərbaycan Gimnastika Federasiyasının prezidenti, eyni zamanda, şəfqətli insan və xeyriyyəçi olduğu bildirilib.
İordaniya ictimaiyyətinin diqqətinə çatdırılıb ki, Mehriban xanım Əliyeva böyük təcrübəyə malik olduğu üçün 2017-ci ilin fevralında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilib. Məqalədə vurğulanıb: “Prezident İlham Əliyev Mehriban Əliyevanı bu vəzifəyə təqdim edərkən, onun ölkə qarşısında sosial-mədəni və siyasi müstəvidə müstəsna xidmətlərinə toxunub. Mehriban xanım Əliyeva Azərbaycanı inkişaf etdirmək, xalqın sosial problemlərini həll etmək üçün Ümummilli Lider Heydər Əliyevin siyasi irsindən ruhlanaraq, onu özünün idarəçilik istedadı ilə uğurla birləşdirib. O, Prezident İlham Əliyevin sadiq müttəfiqi kimi, ölkənin və xalqın maraqlarına əsaslanan mühüm funksiyaları müvəffəqiyyətlə yerinə yetirir. Böyük məsuliyyəti dərk edən və bundan qorxmayan Mehriban xanım insanların inamını, ümidlərini doğrultmaq üçün var gücü ilə çalışır. O, qaçqınlar, kimsəsizlər, əlillər, şəhid ailələri, müharibə veteranları kimi həssas sosial qruplara böyük diqqət yetirir, dövlət başçısı ilə birlikdə onlar üçün nəzərdə tutulan müxtəlif obyektlərin açılışında iştirak edir”.Müəllif qeyd edib ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fondun maliyyə dəstəyi ilə yüzlərlə uşaq bağçası, uşaq evləri, parklar, məktəblər, idman kompleksləri, məscidlər tikilib.
Yazıda Azərbaycanın birinci xanımının tarixi-memarlıq abidələrinin bərpası, ölkənin qlobal miqyasda müsbət imicinin formalaşmasında çoxşaxəli fəaliyyəti barədə oxuculara geniş məlumat verilib.скачать dle 10.6фильмы бесплатно


197

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib
Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.