• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Qərbi Azərbaycan İcması Beynəlxalq İtkin Düşmüşlər Günü ilə bağlı Bəyanat yayıb

30-08-2023, 11:30 | Baxılıb: 223
“Qərbi Azərbaycan İcması Beynəlxalq İtkin Düşmüşlər Günü ilə bağlı Bəyanat yayıb

Qərbi Azərbaycan İcması 30 Avqust - Beynəlxalq İtkin Düşmüşlər Günü ilə bağlı bəyanat yayıb.
Diaspor info xəbər verir ki, bəyanatda deyilir:
“Ermənistandan olan çoxlu sayda azərbaycanlı etnik təmizləmə zamanı və eləcə də, onların pənah gətirdiyi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşmüşdür.Ermənistan tərəfindən törədilmiş məcburi itkin düşmələr insan hüquqlarının kobud şəkildə pozulmasıdır.
Məcburi itkin düşmədən qorunma hüququ insan hüquqlarına dair müxtəlif beynəlxalq sənədlərdə, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda və “Bütün şəxslərin məcburi itkin düşmələrdən qorunması haqqında Beynəlxalq Konvensiya”da təsbit edilmişdir.
Ermənistan bu şəxslərin taleyi və harada olduğu barədə aydınlıq gətirməkdən, qətlə yetirdiyi azərbaycanlıların kütləvi məzarlıqlarının və digər dəfn yerlərinin dəqiq yerini açıqlamaqdan imtina edir və bununla onların ailələrinin yaşadığı ağrı və qeyri-müəyyənlik iztirabını daha da dözülməz edir.
Bu zorakı itkin düşmələr məsələsinə baxılması insan hüquqlarının müdafiəsi, zərər çəkmiş ailələrə onların yaxınlarının taleyinə aydınlıq gətirmək və ədalətin təmin edilməsi üçün zəruridir.
Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən məcburi itkin düşməyə məruz qoyduğu azərbaycanlıların taleyinə aydınlıq gətirməyi, məcburi itkin düşmüş şəxslərin qalıqlarını tapmaq və geri qaytarmaq məqsədilə Azərbaycanla tam əməkdaşlıq etməyi və məcburi itkin düşməni törətmiş şəxsləri ədalət məhkəməsinə təslim etməyi tələb edir”.скачать dle 10.6фильмы бесплатно


223

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib
Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.