• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Gürcüstanda “SOYDAŞ” Forumu keçiriləcək

30-08-2023, 16:00 | Baxılıb: 233
“Gürcüstanda “SOYDAŞ” Forumu keçiriləcək

Gürcüstanın Marneuli şəhərində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Soydaş" Gürcüstan - 2023 adlı Forum və sərgi keçiriləcək.
Diaspor info xəbər verir ki, Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyi tərəfindən keçiriləcək tədbir zamanı soydaşlarımız, qeyri-hökumət təşkilatlarının nümayəndələri və media təmsilçiləri bir araya gələcək.
Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin və Diaspor İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili Forumun mahiyyətindən danışıb.
O bildirib ki, Forumun Gürcüstan-Azərbaycan arasında mövcud əlaqələrə, regional istiqrara, sülh və rifaha dəstək baxımından töhfə verəcəyinə inanır.
T.Allahverdilinin sözlərinə görə, Forumda Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirləri, Gürcüstan parlamentində təmsil olunan deputatlar, rəsmi şəxslər və digər qonaqların iştirakı ilə bu ölkədə yaşayan soydaşlarımızla müzakirələrin keçirilməsi nəzərdə tutulub.
Təşkilat sədri vurğulayıb ki, Forumun əsas məqsədi Gürcüstanda yaşayan və fəaliyyət göstərən QHT və gənclər təşkilatlarının rəhbərlərini, media nümayəndələrini, eləcə də 100-dən çox qonağı bir araya gətirməkdir.
Onun sözlərinə görə, həmçinin Ulu Öndərin Gürcüstan və Azərbaycan arasında olan qardaşlıq əlaqələrinə verdiyi misilsiz töhfələr, dövlətlər arasında mövcud olan əlaqələrin dəyərləndirilməsi, gənclərin və media əlaqələrinin inkişaf mərhələsinə təsirləri və gələcək perspektivləri danışmaq üçün olduqca uyğun bir ortam yaratmaqdır.
Qeyd edək ki, Forum “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Azərbaycanın Gürcüstandakı Səfirliyinin və Azərbaycan Diasporuna Dəstək Fondunun rəsmi tərəfdaşlığı ilə 9 sentyabr saat 13:00-da Gürcüstan Azərbaycanlılarının İnteqrasiyası Mərkəzində keçiriləcək.скачать dle 10.6фильмы бесплатно


233

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib
Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.