Bir qrup xarici qeyri hökumət təşkilatı (QHT) beynəlxalq ictimaiyyəti Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşmüş azərbaycanlıların tapılması üçün səyləri artırmağa çağırıb.
Diaspor info xəbər verir ki, bununla bağlı QHT-lərin birgə bəyanatında deyilir:
"Biz, aşağıda imzası olan vətəndaş cəmiyyəti təşkilatları birgə bəyanat verərək Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş minlərlə azərbaycanlı barədə təcili tədbirlər görülməsi üçün beynəlxalq ictimaiyyətə müraciət edirik.
Yaranmış vəziyyət itkin düşmüş şəxslər probleminin həlli və onların ailələrinə yardımın göstərilməsi üçün beynəlxalq səylərə təcili ehtiyac olduğunu nümayiş etdirir.
Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın hərbi təcavüzü nəticəsində birinci Qarabağ müharibəsi zamanı ümumilikdə 3890 azərbaycanlı rəsmi olaraq itkin kimi qeydə alınıb. Onların 3171-i hərbi qulluqçu, 719-u isə mülki şəxslər olub. Təəssüflər olsun ki, mülki şəxslərdən 71-i uşaq, 267-si qadın, 326-sı qoca olub.
İçərisində 29 nəfər uşaq, 98 nəfər qadın və 112 nəfər ahıl olmaqla, itkinlərin 872 nəfəri ya girov götürülüb, ya da xəstə və ahıl olduqları üçün ərazini tərk edə bilməyiblər. Ürək ağrıdan da odur ki, bəzi hallarda bütün ailələr, nəsillər qohumları ilə birlikdə yoxa çıxıb.
Bundan başqa, İkinci Qarabağ Müharibəsi zamanı 6 nəfər azərbaycanlı itkin düşüb, onların harada olması və taleyi ilə bağlı bu günə qədər heç bir məlumat yoxdur.ailə üzvü itkin düşüb, lakin onların heç birinin taleyi hələ də məlum deyil. Bu ağır vəziyyət nəinki itkin düşmüş azərbaycanlıların ailələrinə dərindən təsir edir, həm də bəşəriyyət üçün utancvericidir.
Son illər itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikasının müvafiq dövlət qurumları tərəfindən ciddi səylər göstərilib. Bu təşəbbüslər nəticəsində ailələrdən bioloji nümunələrin toplanması, DNT profillərinin çıxarılması və azad edilmiş ərazilərdə qazıntıların aparılması təşkil edilib ki, bu da ailələrə ümid hissi aşılayır. Buna baxmayaraq, bir müddət öncə 9 kütləvi məzarın üzə çıxması bizi dərindən kədərləndirir.
Bu kütləvi məzarlıqlardan 1-i Kəlbəcər rayonunun Başlıbel kəndində, 3-ü Xocavənd rayonunun Edilli kəndində, 1-i Xocalı rayonunun Fərrux kəndində, 2-si Şuşa rayonunun Daşaltı kəndində, 1-i Şuşa şəhərində, 1-i isə Ağdam rayonunun Sarıcalı kəndində aşkar edilib. Daha bir neçə kütləvi məzarlıq müəyyən edilib və bu istiqamətdə araşdırmalara başlanılıb.İctimai Birliyi, Bosniya və Herseqovina;
Petsi Stillo, “Sağlamlıq Tərəfdaşları”, ABŞ;
Eliud Emeri, “Keniya Öt Kökləri Təşkilatlarının Konsorsiumu”, Keniya;
Adv Məhəmməd Buks, “Sukaar Rifah Təşkilatı”, Pakistan;
Piter Oviti, “WOTE” Gənclərin Layihələrinin İnkişafı Təşkilatı, Keniya;
Risikat Abimbola Akevula, “Nigeriya Ekoloji Cəmiyyəti”, Nigeriya;
Mohmad Hüseyn Loun, “İnsan Hüquqları üzrə Beynəlxalq Komissiya”, Hindistan;
Lindokule Sibiya, “Gənclər və Qadınlar Dəyişikliklər üçün Təşkilatı”, Esvatini;
Ridhivani Sadiqi, “Keniyanın inkişafı üzrə Vətəndaş Şəbəkəsi”, Keniya;
Hote Kasonqo İlunqa, ““Biso” İnsanlar”, Konqo Demokratik Respublikası.