• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Naxçıvanın Ombudsmanı qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşüb

30-08-2023, 22:00 | Baxılıb: 181
“Naxçıvanın Ombudsmanı qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşüb

Avqustun 30-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) muxtar respublikada fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşü keçirilib.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, görüşdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva və Ombudsmanın əməkdaşları, eləcə də qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak edib.
Ombudsman Günay Rzayeva qeyd edib ki, Azərbaycan Respublikasında ictimai həyatın demokratikləşməsinin əsas istiqamətlərindən biri vətəndaş cəmiyyəti institutlarının inkişaf etdirilməsidir. Bu məqsədlə Ombudsman təsisatı fəaliyyətə başladığı dövrdən qeyri-hökumət təşkilatları ilə insan hüquqları sahəsində əməkdaşlıq əlaqələrinin qurulmasına daim önəm verir.
Vurğulanıb ki, ötən dövr ərzində Müvəkkil tərəfindən qeyri-hökumət təşkilatlarının hüquqi maarifləndirilməsi istiqamətində mühüm tədbirlər keçirilib, o cümlədən Müvəkkil təsisatı tərəfindən keçirilmiş tədbirlərdə onların nümayəndələrinin iştirakı təmin olunub. Həmçinin tədbirdə qanunvericiliyə əsasən qeyri-hökumət təşkilatlarının insan hüquqları pozulmuş şəxsin razılığı ilə Ombudsmana şikayət vermək hüququ da izah olunub.
Ombudsman Günay Rzayeva əlavə edib ki, 15 avqust 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının Zəngəzur dəhlizinin açılması ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət ünvanlaması yeni reallığa qədəm qoymuş ölkəmizdə QHT-lərin, ümumbəşəri və milli dəyərlərə önəm verən, dövlətin və xalqın maraqlarını hər bir şeydən üstün tutan vətəndaş cəmiyyətinin formalaşmasının göstəricisidir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.скачать dle 10.6фильмы бесплатно


181

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib
Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.