• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

BQXK: Münaqişə ilə bağlı Azərbaycanda hələ də 3800-dən çox itkin düşmüş insan var

31-08-2023, 09:00 | Baxılıb: 205
“BQXK: Münaqişə ilə bağlı Azərbaycanda hələ də 3800-dən çox itkin düşmüş insan var

30 avqust dünyada silahlı münaqişə, zorakılıq, miqrasiya və təbii fəlakətlər nəticəsində itkin düşmüş yüz minlərlə şəxsin anıldığı Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü kimi qeyd olunur. Biz, itkin düşmüş şəxslərin ailələrinin yanındayıq və əzizlərini onlarla birlikdə yad edirik.
Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyindən jurnalistlərə verilən məlumatda bildirilib.Qeyd olunub ki, münaqişə ilə bağlı Azərbaycanda hələ də 3,800-dən çox itkin düşmüş insan var: "Onların on minlərlə ailə üzvləri isə doğmalarının taleyini bilməməyin ağrısı ilə yaşayır. On illər ərzində daimi qeyri-müəyyənlik içində yaşamağın ailələrə gətirmiş olduğu emosional yorğunluğu sözlərlə təsvir etmək mümkün deyil. Biz, səlahiyyətli dövlət qurumlarının itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması, onların ailə üzvlərinə cavab verilməsi istiqamətindəki işlərini dəstəkləmək üçün əlimizdən gələni əsirgəmirik.
Fəaliyyət göstərdiyimiz illər ərzində itkin düşmüş şəxslərin ailə üzvlərindən təqribən 11,000-ə yaxın bioloji istinad nümunəsi toplayaraq Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına (bundan sonra Dövlət Komissiyası) təhvil vermişik. 2008-2012-ci illər ərzində Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə itkin düşmüş şəxslər haqqında onların ailə üzvlərindən ətraflı məlumat toplayaraq Dövlət Komissiyası ilə bölüşmüşük. Həmçinin biz, ehtimal edilən məzarlıqlar haqqında məlumatları əlaqədar qurumlarla bölüşmüşük və 3 rayonda aparılmış ekshumasiya layihələrinə texniki tövsiyələrimizi verməklə və müxtəlif ləvazimatları ianə etməklə dəstək göstərmişik".скачать dle 10.6фильмы бесплатно


205

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib
Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.