• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Qərbi Azərbaycan İcması dünya ictimaiyyətini Ermənistana təzyiq göstərməyə çağırır

31-08-2023, 21:00 | Baxılıb: 234
“Qərbi Azərbaycan İcması dünya ictimaiyyətini Ermənistana təzyiq göstərməyə çağırır

Qərbi Azərbaycan İcması dünya ictimaiyyətini Ermənistana təzyiq göstərməyə çağırır.
Diaspor info-nun məlumatına görə, İcmanın yaydığı bəyanatda müstəqil, tərəfsiz və humanizm prinsipləri əsasında işləyən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin öz təşəbbüsü ilə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin mümkün ehtiyacını ödəmək üçün 40 ton unu Ağdam-Xankəndi yolu vasitəsilə aparmağa çalışdığı bildirilib:
"Lakin həmin bölgədəki qondarma rejim Ermənistanın fitnəsi ilə Qızıl Aypara Cəmiyyətinin ərzaq konvoyunun oraya daxil olmasına imkan vermir. Bütün bunlar həmin bölgədə yaşayan ermənilərin ərzaq, xüsusilə un çatışmazlığı ilə üzləşdiyi barədə Ermənistanın davamlı təbliğatı fonunda baş verir".Bəyanatda vurğulanıb ki, Ermənistanın Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ehtiyacı olanları ərzaq ilə təmin etməsinin qarşısını alması Qarabağın erməni əhalisinin ərzaqla təminatında əslində problem olmadığını və ya yardıma ehtiyac olmasına baxmayaraq, bu yardımdan mənfur siyasi məqsədlər və etnik nifrət səbəbilə imtina edildiyini göstərir: "Hər bir halda Ermənistanın bu addımı bu dövlətin irqçi siyasətini və mülki əhalinin humanitar ehtiyaclarından siyasi məqsədlərlə sui-istifadə edəcək dərəcədə riyakar və qəddar olmasını göstərir. Qərbi Azərbaycan İcması dünya ictimaiyyətini Ermənistanın bu qeyri-insani və irqçi siyasətini pisləməsini, ona son verməsi və əhalinin təchizatına mane olmağını dayandırması üçün bu ölkəyə təzyiq etməyə çağırır".скачать dle 10.6фильмы бесплатно


234

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib
Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.