• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

“Azərbaycan Qarabağdakı erməni sakinlərə yardım üçün alternativ marşrut təklif edir” - Anadolu Agentliyi

1-09-2023, 11:30 | Baxılıb: 210
““Azərbaycan Qarabağdakı erməni sakinlərə yardım üçün alternativ marşrut təklif edir” - Anadolu Agentliyi

Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən ərzaq yükünün ayrılması və bu yükün ünvana Ağdam-Xankəndi yolu ilə çatdırılmasının planlaşdırılması Anadolu Agentliyində işıqlandırılıb.
Diaspor info xəbər verir ki, agentliyin ingilis dilində dərc etdiyi məqalədə Azərbaycanda akkretidə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağdakı erməni sakinlərə yardım göstərmək üçün Bakının təklif etdiyi alternativ marşrut olan Ağdam-Xankəndi yolunda olduqları qeyd edilib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin “X” sosial şəbəkəsindəki tvitindən sitat gətirilib: “Ağdam-Əsgəran-Xankəndi yolunun girəcəyindəyik. Diplomatik korpus və beynəlxalq jurnalist qrupu Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən təşkil edilən undan ibarət iki maşın dolu ərzaq yükünün keçəcəyi yolun funksionallığı ilə tanış olacaq”.
Qeyd olunub ki, avqustun 29-dan bəri 40 ton un dolu yük avtomobilləri Xankəndi şəhərinə daxil olmaq üçün yolda gözləyir. Diplomatik korpus və beynəlxalq jurnalistlər ərzaq yüklərinin yerləşdiyi məntəqə ilə tanış olublar.
Diqqətə çatdırılıb ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Ağdam-Xankəndi yolu ilə Qarabağdakı erməni sakinlərə 40 ton un göndərsə də, qarşı tərəf əngəl törətdiyi üçün yükün keçidi hələ də baş tutmayıb.
Məqalədə o da bildirilir ki, uzunmüddətli sülh sazişi üzrə danışıqların davam etməsinə baxmayaraq, Azərbaycan və Ermənistan arasında son aylarda Laçın yolu ilə bağlı gərginlik artıb. Buna səbəb bölgəyə Laçın yolu ilə qanunsuz silah və texnikanın daşınmasıdır.
İrəvan bölgədə “humanitar böhran”ın olduğunu iddia etsə də, Bakı bu iddiaları kəskin şəkildə rədd edib və regiona yüklərin daşınması üçün Ağdam-Xankəndi yolundan istifadə etməyi təklif edib.скачать dle 10.6фильмы бесплатно


210

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib
Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.