• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Qərbi Azərbaycan İcması Ermənistanın sərhədyanı bölgədə törətdiyi təxribatı şiddətlə qınayıb

1-09-2023, 16:00 | Baxılıb: 166
“Qərbi Azərbaycan İcması Ermənistanın sərhədyanı bölgədə törətdiyi təxribatı şiddətlə qınayıb

Qərbi Azərbaycan İcması Ermənistanın sərhədyanı bölgədə törətdiyi təxribatı şiddətlə qınayıb.
Diaspor info-nun məlumatına görə, bu barədə icmanın yaydığı açıqlamada qeyd olunub.
Açıqlamada Ermənistan ordusunun 2023-cü il sentyabr 1-də səhər saatlarından etibarən Göyçə mahalının Zod kəndi istiqamətindən Azərbaycan Ordusunun Kəlbəcər rayonundakı mövqelərini atəşə tutması nəticəsində 3 nəfər azərbaycanlı hərbi qulluqçunun yaralandığı xatırladılıb: "Qərbi Azərbaycan İcması Ermənistanın bu təxribatını şiddətlə qınayır və Ermənistan hökumətindən öz bəd əməllərini dərhal dayandırmağı tələb edir. Ermənistan tərəfinin bu mənfur təxribatı məhz Göyçə mahalı istiqamətindən etməsi Qərbi Azərbaycan İcması üçün əlavə həssaslıq doğurur. Xatırladaq ki, Göyçə mahalı, o cümlədən, Zod kəndi azərbaycanlıların kompakt şəkildə yaşadıqları ərazi olub. Ermənistan hökuməti Ermənistanın digər bölgələri kimi Göyçə mahalının azərbaycanlı əhalisini etnik təmizləməyə məruz qoyub, onların məscidlərini, qəbiristanlıqlarını və mədəni abidlərini dağıdıb. Hazırda Ermənistanın təxribat törətdiyi Zod aşırımı çoxlu sayda mülki azərbaycanlının soyuq qış aylarında Ermənistanın təqibləri və zorakılığından qaçarkən həlak olduğu məkandır".
"Ermənistan hökuməti İcmanın sülh və barışığa əsaslanan çoxsaylı müraciətlərinə baxmayaraq, azərbaycanlıların öz vətənlərinə qayıtmasına imkan vermir. Qərbi Azərbaycan İcması dünya birliyini, hərbi təxribatlarına son qoyması, etnik təmizləməyə məruz qalmış azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə öz evlərinə qayıtmasına imkan verməsi üçün Ermənistana təzyiq göstərməyə çağırır", - açıqlamada bildirilib.скачать dle 10.6фильмы бесплатно


166

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib
Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.