• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

EBRD-nin birinci vitse-prezidenti Azərbaycana səfər edəcək

4-09-2023, 15:00 | Baxılıb: 226
“EBRD-nin birinci vitse-prezidenti Azərbaycana səfər edəcək

Bu gündən Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) birinci vitse-prezidenti və Müştəri Xidmətləri Qrupunun rəhbəri Yurgen Rigterinkin Cənubi Qafqaza birhəftəlik səfəri başlayır.
Diaspor info EBRD-nin Azərbaycan nümayəndəliyinə istinadən xəbər verir ki, birinci vitse-prezidentin Azərbaycana səfəri sentyabrın 7-də baş tutacaq. Görüşlər iki gün davam edəcək.
Y.Riqterink EBRD-nin Şərqi Avropa və Qafqaz üzrə icraçı direktoru Matteo Patronenin müşayiəti ilə Cənubi Qafqazın hər bir ölkəsində hökumət rəsmiləri, mərkəzi bankların rəhbərləri, biznes liderləri və beynəlxalq maliyyə təşkilatlarının nümayəndələri ilə görüşəcək.
O, həmçinin EBRD-nin Qafqaz üzrə sabiq regional direktoru Katarina Byorlin Hansen və bu vəzifəyə yeni təyin olunmuş Alkis Vryenios Drakinos arasında təhvil-təslimi qeyd edəcək.
Görüş zamanı diqqət mərkəzində özəl sektorun inkişafı, infrastruktur və islahatlardır.
Qonaqlar səfər çərçivəsində Azərbaycanda qida istehsalı sənayesində ixtisas potensialının gücləndirilməsi məqsədilə Dövlət Peşə Təhsili Agentliyi və “Avrora Qrup” tərəfindən təşkil edilən texniki və peşə təhsili və təlimi üzrə dövlət-özəl tərəfdaşlığına həsr olunmuş mərasimində iştirak edəcək.
Səfərdən əvvəl Riqterink bildirib: “Bu səfər, xüsusilə Rusiyanın Ukraynaya qarşı müharibəsi və artan iqtisadi qeyri-müəyyənliyi nəzərə alaraq, regiondakı prioritetləri müzakirə etmək üçün hökumət nümayəndələri və işgüzar dairələrin üzvləri ilə görüşmək imkanıdır. Qafqaz Bank üçün mühüm regiondur və biz investisiyalarımız, məsləhət xidmətlərimiz və strateji tapşırıqlarımız vasitəsilə regionda dayanıqlı iqtisadi inkişafa davamlı dəstək prinsipimizə sadiqik”.
Qeyd edək ki, EBRD regionda həm özəl, həm də dövlət sektorunda 680 layihəyə 10 milyard avrodan çox sərmayə qoyub.скачать dle 10.6фильмы бесплатно


226

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib
Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.