• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Hikmət Hacıyev: Ermənistanın çirkin təbliğatı bizi sülh müqaviləsi danışıqları yolundan uzaqlaşdırıb

7-09-2023, 10:00 | Baxılıb: 180
“Hikmət Hacıyev: Ermənistanın çirkin təbliğatı bizi sülh müqaviləsi danışıqları yolundan uzaqlaşdırıb

Azərbaycan həqiqətən sülh müqaviləsi imzalamaq, regionda qarşıdurma və zorakılıqlar səhifəsini vərəqləmək istəyir. Biz sülh içində yaşamaq istərdik, lakin indi sıra Ermənistandadır.
Diaspor info xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Arab News” nəşrinə müsahibəsində bildirib.
O, “Sülhə nail olmaq üçün nə etmək lazımdır?” sualına cavab olaraq, Ermənistanın reallığı nə qədər tez başa düşərsə, hamı üçün o qədər yaxşı olacağını qeyd edib.
“Ermənistanın ölkəmizə qarşı çirkin təbliğatı bizi Vaşinqtonun təqdim etdiyi platformada (hansını ki biz çox yüksək qiymətləndiririk) sülh müqaviləsi danışıqları yolundan uzaqlaşdırıb. Biz çox mühüm irəliləyiş əldə etmişdik. Sənəddə yer alan məsələlərin demək olar ki, 70 faizi aydınlaşdırılıb və müəyyən mənada razılıqlar əldə olunub. Sülh müqaviləsinin imzalanması Cənubi Qafqaz regionunun mənzərəsini tamamilə dəyişəcək. Lakin, Ermənistanın Baş naziri bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıyır, digər tərəfdən isə hələ də bu ölkənin Silahlı Qüvvələrini bizim ərazilərimizdə saxlayır. O hələ də ölkəmizin ərazisindəki qanunsuz silahlı rejimi maliyyələşdirir”.
Prezidentin köməkçisi Beynəlxalq Cinayət Məhkəməsinin (ICM) keçmiş prokuroru Luis Moreno Okampo avqust ayında Laçın yolunun “blokadası”nı “soyqırımı” kimi qiymətləndirən hesabatına da münasibət bildirib.Hikmət Hacıyev Okamponun şəxsiyyəti və dürüstlüyünün sual altında olduğunu deyib.
”Beynəlxalq mediada onun qanunsuz əməllərlə məşğul olması ilə bağlı çoxlu faktlar var, lakin sözüm onda deyil. İkincisi, mən təəssüf edirəm ki, hüquqşünas olduğunu iddia edən şəxs “soyqırım” ifadəsindən, onun nə demək olduğunu bilmirmiş kimi sui-istifadə edir. Üçüncüsü, hesabatda səsləndirilən fikirlər qərəzlidir. Niyə Ermənistanın Azərbaycana qarşı dövlət səviyyəsində törətdiyi soyqırım və hərbi cinayətlərdən danışmır? Azərbaycanın mülki əhali yaşayan 8 şəhəri tamamilə dağıdılıb. Okamponun hesabatında bu faktlar haradadır?
Srebrenitsa qətliamından əvvəl 1992-ci ildə Azərbaycanın Xocalı şəhərinin bütün əhalisi ermənilər tərəfindən qətlə yetirilərkən Okampo harada idi? Kim kimə qarşı soyqırım törədib? Ən böyük sual budur. Öz torpaqlarından etnik təmizləməyə məruz qalmış, 30 ildir məcburi köçkün və qaçqın həyatı yaşayan bir milyon azərbaycanlının taleyi fonunda bu suala cavab verilməlidir. Okampo Azərbaycanın mədəni irsi, o cümlədən Ermənistan tərəfindən tamamilə dağıdılan Azərbaycan məscidləri ilə bağlı niyə susur?”, Hikmət Hacıyev sual edib.скачать dle 10.6фильмы бесплатно


180

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib
Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.