• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

İğdırdakı “Şuşa” məktəbəqədər təhsil müəssisəsi şagird qəbuluna hazırlaşır

7-09-2023, 16:30 | Baxılıb: 245
“İğdırdakı “Şuşa” məktəbəqədər təhsil müəssisəsi şagird qəbuluna hazırlaşır


Türkiyənin İğdır şəhərinin Topçular məhəlləsində inşa olunmuş “Şuşa” uşaq bağçası (anaokul) yeni tədris ilinə tam hazırdır.
“Yeşil İğdır” qəzetinin baş redaktoru Cabbar Şıktaş bildirib ki, şəhərin mərkəzində, Heydər Əliyev adına Fənn Liseyinin qarşısında yerləşən “Şuşa” uşaq bağçasındakı Atatürkün büstü olan guşə, məktəbin adının yazıldığı lövhə və digər ehtiyaclar iş adamı Mehmet Sürkitin dəstəyi ilə tamamlanıb. Buna görə iş adamına minnətdarlıq ifadə edilib.
Mehmet Sürkit qeyd edib ki, türk xalqı üçün Azərbaycan Türkiyə kimi müqəddəs vətəndir. “30 ildir ki, işğal altında olan torpaqlarımızın geri alınmasını həsrətlə, ürək ağrısı ilə gözləyirdik. Azərbaycanın Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin, Türkiyə Cümhuriyyəti dövlətinin və Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın dəstəyi, Azərbaycan ordusunun qəhrəmancasına mübarizəsi nəticəsində 30 illik həsrət 44 gündə sona çatdı və Qarabağ öz azadlığına qovuşdu. Türkiyə və Azərbaycan liderləri Şuşanı mədəniyyət paytaxtı elan etdilər. Şuşamızın adının İğdırda yaşadılmasına öncüllük edənlərə təşəkkür edirəm”, - deyə iş adamı əlavə edib.
İğdır vilayətinin Milli Təhsil müdiri Sərvət Liveri deyib ki, 2023 – 2024-cü tədris ilindən şagird qəbuluna başlanılacaq, çünki “Şuşa” uşaq bağçasının mebel və digər avadanlıqla təchiz edilməsi prosesi başa çatıb.
Xatırladaq ki, uşaq bağçasına Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı Şuşa şəhərinin adının verilməsi təklifini diaspor fəalı, “Yeşil İğdır” qəzetinin baş redaktoru Cabbar Şıktaş irəli sürüb. Baş redaktorun bununla bağlı İğdır valisi Hüseyn Engin Sarıibrahimə müraciəti təqdirlə qarşılanıb və uşaq bağçasına “Şuşa” adının verilməsi barədə qərar qəbul edilib.скачать dle 10.6фильмы бесплатно


245

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib
Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.