• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ombudsman Qazaxıstanda beynəlxalq konfransda iştirak edib

8-09-2023, 13:07 | Baxılıb: 40
“Ombudsman Qazaxıstanda beynəlxalq konfransda iştirak edib


Ombudsman Qazaxıstanda beynəlxalq konfransda iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Qazaxıstanın Konstitusiya Məhkəməsinin 28-ci ildönümünə həsr olunmuş “Konstitusiya ədalət mühakiməsi: hamı üçün ləyaqət, azadlıq və ədalət” mövzusunda beynəlxalq konfransda iştirak edib.
Xarici ölkələrin Konstitusiya məhkəmələrinin rəhbər şəxslərinin, ombudsmanların və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxışı zamanı Müvəkkil ilk olaraq Qazaxıstan Konstitusiya Məhkəməsinin sədrini və kollektivini təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.


Ombudsman Qazaxıstanda beynəlxalq konfransda iştirak edib


Daha sonra Ombudsman ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar, yaradılmış yeni hüquq müdafiə mexanizmləri barədə məlumat verib. İnsan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi istiqamətində Ombudsman institutları ilə Konstitusiya məhkəmələri arasındakı əməkdaşlığın əhəmiyyətini vurğulayan S.Əliyeva ölkəmizdə bu sahədə yaradılmış müsbət əməkdaşlıq əlaqələrindən bəhs edib, fəaliyyət dövrü ərzində indiyədək Müvəkkil tərəfindən Konstitusiya Məhkəməsinə ünvanlanmış 40-dan çox sorğuya baxıldığını bildirib.
Ombudsman Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin 30 il ərzində işğal altında saxlanıldığını, bir milyondan artıq soydaşlarımızın hüquqlarının kobud şəkildə pozulduğunu, qaçqın və məcburi köçkün həyatı yaşadığını qeyd edib, hal-hazırda Azərbaycan dövləti tərəfindən keçmiş məcburi köçkünlərin hüquqlarının bərpası istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
S.Əliyeva işğal dövründə ərazilərimizdəki infrastrukturun tamamilə dağıdıldığını, Ermənistan tərəfindən torpaqlarımızda mina terroru törədildiyini, beynəlxalq və humanitar hüququn kobud şəkildə pozulduğunu bildirib. Ombudsman İkinci Qarabağ müharibəsindən indiyədək minaların və hərbi sursatların partlaması nəticəsində 300-dən çox şəxsin həyatını itirdiyini və ya ağır yaralandığını qeyd edib.
Müvəkkil tərəfindən istər Vətən müharibəsi zamanı, istərsə də postmüharibə dövründə dünya ictimaiyyətinə müraciətlərin edildiyi, faktlara əsaslanan hesabat və bəyanatlar hazırlanaraq aidiyyəti beynəlxalq təşkilatlara, Ombudsman və milli insan hüquqları təsisatlarına təqdim olunduğu konfrans iştirakçılarının diqqətinə çatdırılıb.

Mətbuat xidmətiскачать dle 10.6фильмы бесплатно


40

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Şoyqu: "Əks-hücum əməliyyatlarının əhəmiyyətli nəticələri yoxdur, Ukrayna məhvə doğru gedir"
İsveçrə Almaniyaya 25 ədəd “Leopard 2” tankı satacaq
Türkiyə lideri: "Azərbaycan Ordusu Xocalıya sülh və əmin-amanlıq gətirmək üçün daxil olub"
Ərdoğan Zəngəzur dəhlizi ilə bağlı Ermənistana xəbərdarlıq edib və yeni marşrutu açıqlayıb
Ermənistandan tibbi heyətin olduğu helikopterin Qarabağa daxil olması təmin edilib
Hikmət Hacıyev: “Azərbaycanın bir sıra rayonlarının xəstəxanaları Xankəndidən pasiyent qəbul etməyə hazırdır”

Şoyqu: "Əks-hücum əməliyyatlarının əhəmiyyətli nəticələri yoxdur, Ukrayna məhvə doğru gedir"

İsveçrə Almaniyaya 25 ədəd “Leopard 2” tankı satacaq

Türkiyə lideri: "Azərbaycan Ordusu Xocalıya sülh və əmin-amanlıq gətirmək üçün daxil olub"

Ərdoğan Zəngəzur dəhlizi ilə bağlı Ermənistana xəbərdarlıq edib və yeni marşrutu açıqlayıb

Ermənistandan tibbi heyətin olduğu helikopterin Qarabağa daxil olması təmin edilib

Hikmət Hacıyev: “Azərbaycanın bir sıra rayonlarının xəstəxanaları Xankəndidən pasiyent qəbul etməyə hazırdır”

Türk Dövlətləri Diaspor Gənclərinin I Forumunun ilk panelində “Heydər Əliyev və Türk Dünyası” mövzuzundan bəhs edilib

Xankəndi yaxınlığındakı partlayışda 20 nəfər ölüb, 290 nəfər yaralanıb

Qarabağda müsadirə edilən döyüş texnikası, silah və sursatın sayı açıqlanıb

“Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi təmin olunur

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.