• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

İraq mətbuatı erməni vəhşiliyindən yazıb

12-09-2023, 11:30 | Baxılıb: 212
“İraq mətbuatı erməni vəhşiliyindən yazıb

Ermənistanın əsir götürdüyü Azərbaycan əsgərləri ilə vəhşicəsinə davranması haqqında İraq mətbuatında İraq-Azərbaycan Dostluq Cəmiyyətinin bəyanatı dərc olunub.
Diaspor info xəbər verir ki, İraqın “Mustaqbil”, “Elamin”, “Alnahar” saytlarında bəyanatın mətni ön planda verilib. Mətndə diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində əlverişsiz hava şəraiti nəticəsində zəif görmə səbəbindən yolunu azmış Azərbaycan Ordusunun iki əsgəri Hüseyn Axundov və Aqşin Bəbirov ermənilər tərəfindən girov götürülüb.
Mətbuatda nümayiş olunan foto və videoların təhlili onu göstərir ki, bu iki əsgər vəhşicəsinə işgəncələrə və təhqirlərə məruz qalıblar. Bu da bütün beynəlxalq hüququn norma və qanunlarına kəskin dərəcə ziddir.
Qeyd olunub ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində, Birinci Qarabağ müharibəsində 3 min 890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3 min 171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 71-i yetkinlik yaşına çatmamış uşaq, 267-si qadın olub. İtkin düşmüş şəxslərin ümumi sayından 872 nəfərinin, o cümlədən 29 uşaq, 98 qadın və 112 ahıl insanın əsir-girov götürülməsi və ya işğal edilmiş ərazilərdə qalmasına dair təkzibedilməz məlumatlar var.
Bildirilib ki, Ermənistan Cenevrə konvensiyalarını və digər beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini kobud şəkildə pozur.
Biz, İraqdakı Azərbaycan xalqının dostları və sevənləri, bu cinayəti pisləyirik və beynəlxalq ictimaiyyəti Ermənistan hökumətinin əməllərinə hüquqi qiymət verməyə, Azərbaycan əsgərinin dərhal və qeyd-şərtsiz azad edilməsini təmin etməyə çağırırıq.
Bu hadisə Ermənistanın qəddar cəza formalarından, qeyri-insani və ya ləyaqəti alçaldan davranışlardan istifadə etməsini, azərbaycanlılara qarşı etnik nifrət və irqi ayrı-seçkiliyi yaydığını sübuta yetirir.
Bəyanatda vurğulanıb ki, Ermənistanın Azərbaycan torpaqlarının işğalı zamanı hərbi və mülki məhbuslara, itkin düşmüş insanlara qarşı törətdiyi zorakılıqları müvafiq beynəlxalq təşkilatlar araşdırmalı və müvafiq hüquqi qiymət verməlidirlər.скачать dle 10.6фильмы бесплатно


212

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib
Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.