• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Budapeştdə Ermənistanın törətdiyi ekoloji terrora diqqət çəkildi

12-09-2023, 10:30 | Baxılıb: 210
“Budapeştdə Ermənistanın törətdiyi ekoloji terrora diqqət çəkildi


Macarıstanın Budapeşt şəhərində yerləşən Azərbaycan Evində “Sərsəng Su anbarı: Humanitar fəlakətin bir addımlığında” mövuzunda foto-sərgi və tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Macarıstan-Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli açaraq iştirakçıları salamlamış, tədbir barədə məlumat verdi. Daha sonra Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktorunun müavini, layihə rəhbəri Şahin Camalov layihə barədə məlumat vermiş, Sərsəng Su anbarının tikilməsi, region üçün əhəmiyyəti və son vəziyyəti ilə bağlı əhəmiyyətli məsələlərə toxunmuşdur. Şahin Camalov həmçinin Ermənistanın və havadarlarının bütün beynəlxalq hüquq norma və prinsiplərinə, həmçinin insani dəyərlərə məhəl qoymayaraq sudan təzyiq və təsir vasitəsi kimi istifadə etməyə davam etməsindən, region əhalisini sudan məhrum edərək həm regionun iqtisadi inkişafına, həm də ekologiyasına vurduğu zərərdən danışmışdır. Tədbirdə həmçinin Sərsəng su anbarının son durumuna dair iştirakçılara məlumat verilmiş, Anbarda baş verə biləcək hər-hansı qəzanın humanitar fəlakətə dönüşə biləcəyindən danışılmışdır. O da qeyd olunmuşdur ki, Sərsəng Su anbarının işğalda saxlanması regionun 100 min hektardan çox kənd təsərrüfatı təyinatlı torpaqlarına, 700 mindən artıq insanın gündəlik həyatına və onların gündəlik yaşam keyfiyyətinə mənfi təsir etməkdədir.


Budapeştdə Ermənistanın törətdiyi ekoloji terrora diqqət çəkildi
Tədbir iştirakçıları sonda BMT-nin ixtisaslaşmış təşkilatlarını, Avropa Şurası Parlament Assambleyasını, Avropa İttifaqını, Human Rights Vatch təşkilatını Sərsəsng ətrafında baş verən hadisələrə münasibət bildirməyə, Avropa Şurası Parlament Assambleyasının “Azərbaycanın cəbhəboyu rayonlarının sakinləri qəsdən sudan məhrum edilir” adlı 2085 (2016) nömrəli Qətnaməsini əldə rəhbər tutaraq Ermənistana və havadarlarına təzyiq etmək və onların ekoloji terrora son qoymaları üçün çağırış etməyə dəvət etmiş, bununla bağlı Bəyanat imzalamışlar.
Tədbirdə Türkiyə, Qazaxıstan, Tatarıstan, Azərbaycan diasporunun nümayəndələri ilə yanaşı yerli icma nümayəndələri də iştirak etmişdir. Tədbirdə həmçinin Azərbaycan diasporunun nümayəndəsi Kamil Şükürovun ifasında milli musiqilər ifa olunmuşdur.
Tədbir Azərbaycan Diasporuna Dəstək Fondu və Macarıstandakı Azərbaycan Evinin təşkilati dəstəyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə İnsan Hüquqları XXI əsr-Azərbaycan Fondu tərəfindən həyata keçirilmişdir.скачать dle 10.6фильмы бесплатно


210

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib
Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.