• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycanlı alim MDB Ölkələrinin Pediatrları Federasiyasının vitse-prezidenti vəzifəsinə seçilib

12-09-2023, 13:30 | Baxılıb: 239
“Azərbaycanlı alim MDB Ölkələrinin Pediatrları Federasiyasının vitse-prezidenti vəzifəsinə seçilib

​
Azərbaycan Pediatrlar Assosiasiyasının (APA) sədri, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə MDB Ölkələrinin Pediatrları Federasiyasının vitse-prezidenti vəzifəsinə seçilib.
Alim 14-16 sentyabr tarixlərində Qırğızıstan Respublikasında keçiriləcək MDB Ölkələri Pediatrları Federasiyasının “Uşaq və cəmiyyət: sağlamlıq, inkişaf və qidalanma problemləri” mövzusunda X Yubiley Konqresinə dəvət alıb.
Konqresdə ana və uşaq sağlamlığı, ümumilikdə pediatriyanın inkişafına yönəlmiş mövzular üzrə elmi-tədqiqat işlərinin mühüm nəticələri müzakirə ediləcək. Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Dağıstan, Tacikistan, Belarus və digər ölkələrin ixtisaslaşmış elmi-tədqiqat müəssisələrinin elmi işçiləri, pediatrları, ali təhsil müəssilərinin müəllimləri və səhiyyə sahəsi üzrə mütəxəssisləri təcrübə mübadiləsi aparacaqlar.
Həmçinin MDB ölkələrində ana və uşaq sağlamlığı xidmətinin hazırkı vəziyyəti, sağlam və xəstə uşaqlar üçün qidalanma, uşaqlarda minimal invaziv, endo və laparoskopik cərrahiyyə məsələləri, İİV/QİÇS problemi, reproduktiv sağlamlıq və hüquqlar, antenatal baxımın vəziyyəti və problemləri, pediatriyada profilaktik təbabətin inkişafının elmi və praktiki aspektləri, uşaqlara ixtisaslaşmış və yüksək texnologiyalı qayğının göstərilməsinin təşkilati, kliniki aspektləri ​ və digər aktual məsələlərə dair müvafiq tövsiyələr hazırlanacaq.
Konqresdə MDB Ölkələrinin Pediatrları Federasiyasının vitse-prezidenti Təranə Tağı-zadə Azərbaycanda bioetikanın inkişafı və tibbdə tədrisinin təşkilinə, eləcə də Azərbaycan Pediatrlar Assosiasiyasının 100 ilə yaxın müddətdə ölkəmizdə uşaqların sağlamlığının qorunmasında, möhkəmləndirilməsində və milli pediatriyanın inkişafında xidmətlərinə dair çıxış edəcək.

​
Azərbaycan Pediatrlar Assosiasiyası
[email protected]скачать dle 10.6фильмы бесплатно


239

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib
Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.