• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

QMİ sədri: "Erməni Apostol Kilsəsi sülhü deyil, yenidən müharibəni təbliğ edir"

12-09-2023, 18:00 | Baxılıb: 248
“QMİ sədri:

"Erməni Apostol Kilsəsi sülhü deyil, yenidən müharibəni təbliğ edir, revanşizm ideyalarını körükləyir. Halbuki, sülhü tərənnüm etmək, xalqlar arasında qarşılıqlı anlaşma mühiti yaratmaq dini liderlərin mənəvi borcudur".
Diaspor info xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Yunanıstanın Azərbaycandakı səfiri Xristos Kapodistriası qəbul edərkən deyib.QMİ sədri Azərbaycanda müxtəlif din nümayəndələrinin dostluq, qardaşlıq, qarşılıqlı anlaşma mühitində yaşamalarını böyük nemət kimi dəyərləndirdiyini və ölkəmizin xristian dünyası ilə əməkdaşlıq əlaqələrinin dərinləşməsini müsbət hal kimi qeyd edib.
Şeyxülislam Azərbaycanda dinlər və məzhəblər arasında mövcud yüksək səviyyəsinin təmini və davamlılığında dövlət siyasətinin, şəxsən ölkə rəhbərinin səy və fəaliyyətinin böyük rolu olduğunu fəxarətlə vurğulayıb.
O, Azərbaycanın dini mərkəzinin pravoslav konfessiyası ardıcılları, o cümlədən Rus Pravoslav Kilsəsi, Gürcü Pravoslav Kilsəsi ilə tarixən yaxın əlaqələrinin mövcudluğuna diqqəti çəkərək, Yunan Ortodoks Patriarxı I Varfolomey ilə dinlərarası dialoq müstəvisində məhsuldar əlaqələrin səviyyəsindən razılığını ifadə edib.
G20 Dinlərarası Forum ərəfəsində ötən ay İstanbulda Ekumenik Patriarxlıqda baş tutan tədbirdə olduğunu xatırladan Şeyxülislam QMİ nəzdində fəaliyyət göstərən Beynəlxalq Bakı Dinlər və Mədəniyyətlərarası Əməkdaşlıq Mərkəzinin xətti ilə keçirilən beynəlxalq forumlar, o cümlədən Avropa ölkələrində baş tutmuş beynəlxalq konfranslar, Dünya Dini Liderlərinin Bakı Sammitləri barədə səfirə ətraflı məlumat verib. Bildirib ki, Direktorlar Şurasının üzvü olduğu KAİSİİD Beynəlxalq Dialoq Mərkəzində əməkdaşlıq etdiyi kolleqaları arasında yunan əsilli nüfuzlu din xadimi - Xalkidon Mitropoliti Emanuil Adamakis ilə əməkdaşlıq dinlərarası münasibətlər müstəvisinə öz töhfələrini verir.Qarabağ və Şərqi Zəngəzur torpaqlarına səfərlər etməsini yüksək dəyərləndirib və xüsusi vurğulayıb ki, bu səfərlər bütün dünyaya işğal dövründə Azərbaycan torpaqlarına, mədəni-mənəvi irsinə qarşı törədilmiş vandalizm aktları barədə müfəssəl məlumat verir.
QMİ sədri təəssüflə qeyd edib ki, Erməni Apostol Kilsəsi sülh deyil, yenidən müharibəni təbliğ edir, revanşizm ideyalarını körükləyir. Halbuki, sülhü tərənnüm etmək, xalqlar arasında qarşılıqlı anlaşma mühiti yaratmaq dini liderlərin mənəvi borcudur.
Səfirə Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətini əks etdirən müxtəlif nəşrlər təqdim olunub.
скачать dle 10.6фильмы бесплатно


248

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib
Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.