• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Bolqarıstan parlamentarisi: "Qarabağda qondarma "seçkilər" təcavüzkar separatizmin təzahürüdür"

13-09-2023, 13:00 | Baxılıb: 185
“Bolqarıstan parlamentarisi:

Azərbaycanın Qarabağ bölgəsindəki qondarma "seçkilər" təcavüzkar separatizmin təzahürüdür.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Diaspor.info-ya verilən məlumata görə, bunu Bolqarıstan Milli Assambleyasının Bolqarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Həmid Həmid Milli Məclisinin sədri Sahibə Qafarovaya məktubunda bildirib.O, Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri qismində son illər Cənubi Qafqaz regionunda cərəyan edən prosesləri diqqətlə izlədiyini, nəhayət regionda uzunmüddətli sülhün və sabitliyin bərqərar olması üçün zamanın yetişdiyini bildirib.
Məktubda Azərbaycanın öz ərazilərini erməni işğalından azad etdikdən sonra beynəlxalq hüququn norma və prinsipləri əsasında Ermənistanla münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanması təşəbbüsü ilə çıxış etdiyi vurğulanıb. İstənilən anlaşmanın ölkələrin bir-birilərinin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət, daxili işlərə qarışmama kimi prinsiplər əsasında əldə olunmalı olduğu bildirilib.
Daha sonra beynəlxalq tərəfdaşların fəal iştirakı ilə davam edən sülh danışıqlarına təhlükə yaradan bir sıra proseslərin baş verməsi təəssüf hissi ilə qeyd olunub. Ermənistanın Azərbaycanın Qarabağ bölgəsindəki separatçı rejimə dəstəyini davam etdirməsi sülh danışıqlarına xələl gətirən və regionda vəziyyətin daha da gərginləşdirilməsinə yönəlmiş addım kimi dəyərləndirilib.
Beləliklə, məktubda bu qanunsuz rejim tərəfindən 2023-cü il sentyabrın 9-da qondarma “prezident seçkiləri”nin keçirilməsi beynəlxalq hüququn fundamental norma və prinsiplərinin kobud şəkildə pozulması və bugünkü dünyada qəbuledilməz hal olan təcavüzkar separatizmin təzahürü kimi qiymətləndirilib.
Dostluq qrupunun rəhbəri bu “seçkilər”in beynəlxalq ictimaiyyət tərəfindən pislənməsi və Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinin və ərazi bütövlüyünün qəti şəkildə dəstəklənməli olduğuna dair mövqeyini ifadə edib.
Sonda Həmid Həmid sülh prosesinə təhlükə yaradan istənilən addımın rədd edilməli və qarşısının alınmalı olduğunu bildirib. O, beynəlxalq ictimaiyyəti Cənubi Qafqaza çoxdan gözlənilən sülh və sabitlik gətirəcək sülh danışıqlarının konstruktiv şəkildə davam etdirilməsini dəstəkləməyə çağırıb.скачать dle 10.6фильмы бесплатно


185

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib
Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.