• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Pakistanın idman jurnalistləri Mətbuat Şurasında olublar

13-09-2023, 19:30 | Baxılıb: 37
“Pakistanın idman jurnalistləri Mətbuat Şurasında olublar

Bu gün Azərbaycan Mətbuat Şurasında Pakistan İslam Respublikasından olan bir qrup media nümayəndəsi ilə görüş keçirilib. Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının Pakistanın İdman Yazarları Federasiyası ilə əməkdaşlığı çərçivəsində ölkəmizdə səfərdə olan qonaqları salamlayan MŞ sədri Rəşad Məcid onlara rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib.
MŞ sədri bildirib ki, Azərbaycanda medianın vahid özünütənzimləmə qurumu olan Mətbuat Şurasının başlıca missiyası cəmiyyətin müxtəlif təbəqələrindən daxil olan şikayətlərin araşdırılmasından ibarətdir. Qurumun beynəlxalq əlaqələrindən söz açan MŞ sədri bu təmasların əsasən xarici media oraqanlarının qabaqcıl təcrübəsinin mənimsənilməsinə, o cümlədən, söz və ifadə azadlığı ilə bağlı tendensiyaların öyrənilməsinə yönəldiyini deyib.
MŞ İdarə Heyətinin üzvləri Azər Həsrət və Hacıbəy Heydərli qonaqları beynəlxalq əlaqələrdəki spesifik məqamlara, habelə ölkəmizdə sosial medianın durumuna, Şuranın mövcud istiqamətdəki fəaliyyətinə dair xüsusiyyətlər barədə məlumatlandırıblar. MŞ-nin icraçı katibi Əvəz Rüstəmov şikayətlərin araşdırılması prosedurundan söz açıb. Şuranın Ahıl Jurnalistlər Məclisinin sədr müavini Əminə Yusifqızı yaşlı jurnalist nəslin təcrübəsinin gənc media mənsublarına çatdırılmasındakı spesifik fəaliyyət tərəflərinə diqqət çəkib.


Pakistanın idman jurnalistləri Mətbuat Şurasında olublar
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılov pakistanlı idman yazarlarının ölkəmizə səfərinin konkret istiqamətlərindən söz açıb, onların zəngin səfər proqramının müxtəlif detallarını açıqlayıb. O, eyni zamanda rəhbərlik etdiyi qurumun idman sahəsindəki beynəlxalq media təşkilatları ilə əlaqələri haqqında da məlumat verib.
Qarşılıqlı müzakirə şəraitində keçmiş görüşdə Pakistanın idman jurnalistlərinin Azərbaycan mediası ilə bağlı çoxsaylı sualları cavablandırılıb.скачать dle 10.6фильмы бесплатно


37

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Şoyqu: "Əks-hücum əməliyyatlarının əhəmiyyətli nəticələri yoxdur, Ukrayna məhvə doğru gedir"
İsveçrə Almaniyaya 25 ədəd “Leopard 2” tankı satacaq
Türkiyə lideri: "Azərbaycan Ordusu Xocalıya sülh və əmin-amanlıq gətirmək üçün daxil olub"
Ərdoğan Zəngəzur dəhlizi ilə bağlı Ermənistana xəbərdarlıq edib və yeni marşrutu açıqlayıb
Ermənistandan tibbi heyətin olduğu helikopterin Qarabağa daxil olması təmin edilib
Hikmət Hacıyev: “Azərbaycanın bir sıra rayonlarının xəstəxanaları Xankəndidən pasiyent qəbul etməyə hazırdır”

Şoyqu: "Əks-hücum əməliyyatlarının əhəmiyyətli nəticələri yoxdur, Ukrayna məhvə doğru gedir"

İsveçrə Almaniyaya 25 ədəd “Leopard 2” tankı satacaq

Türkiyə lideri: "Azərbaycan Ordusu Xocalıya sülh və əmin-amanlıq gətirmək üçün daxil olub"

Ərdoğan Zəngəzur dəhlizi ilə bağlı Ermənistana xəbərdarlıq edib və yeni marşrutu açıqlayıb

Ermənistandan tibbi heyətin olduğu helikopterin Qarabağa daxil olması təmin edilib

Hikmət Hacıyev: “Azərbaycanın bir sıra rayonlarının xəstəxanaları Xankəndidən pasiyent qəbul etməyə hazırdır”

Türk Dövlətləri Diaspor Gənclərinin I Forumunun ilk panelində “Heydər Əliyev və Türk Dünyası” mövzuzundan bəhs edilib

Xankəndi yaxınlığındakı partlayışda 20 nəfər ölüb, 290 nəfər yaralanıb

Qarabağda müsadirə edilən döyüş texnikası, silah və sursatın sayı açıqlanıb

“Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi təmin olunur

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.