• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Erməni siyasətçi: “Hətta dost ölkələr də bizə deyirdilər ki, Qarabağ Azərbaycanındır və müstəqil olmayacaq”

15-09-2023, 13:00 | Baxılıb: 165
“Erməni siyasətçi: “Hətta dost ölkələr də bizə deyirdilər ki, Qarabağ Azərbaycanındır və müstəqil olmayacaq”

“44 günlük müharibədə qələbədən sonra Azərbaycan Prezidenti İlham Əliyevin əlində bir çox variantlar vardı, Ermənistan isə müharibədə sanki məğlub olmamış tərəf kimi davrandı”.
Diaspor info xəbər verir ki, bunu erməniəsilli tarixçi, siyasətçi, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın xarici siyasət məsələri üzrə keçmiş müşaviri Jirayr Liparityan Massaçusetsdə yerləşən Erməni Araşdırmaları Mərkəzində çıxışı zamanı deyib.
O bildirib ki, BMT Təhlükəsizlik Şurası başda olmaqla nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən Ermənistanın dostu hesab etdiyi ölkələr dəfələrlə onlara Qarabağın Azərbaycanın parçası olduğunu bildiriblər, ermənilər isə başqalarının sözlərini eşitməyiblər, ancaq öz bildikləri kimi hərəkət ediblər:
"Reallıq odur ki, BMT Təhlükəsizlik Şurası başda olmaqla beynəlxalq ictimaiyyət, o cümlədən Rusiya, Fransa, İran, Yunanıstan, Kipr kimi dostlarımız həmişə deyiblər ki, Qarabağ müstəqil olmayacaq və o, Azərbaycanın bir parçasıdır. Beynəlxalq ictimaiyyətin bizə mesajı bu olub. Amma biz onları yox, sadəcə özümüzü dinlədik".
J.Liparityan ermənilərin özlərini məhz qurban vəziyyətində rahat hiss etdiklərini deyib:
"Atəşkəs razılaşmasından sonra bizə deyildi ki, işğal edilmiş ərazilər, həmçinin 7 rayon geri qaytarılmalıdır. Amma dinləmədik, sadəcə dünyaya bizim üçün nə etməli olduqlarını dedik. Qurban kimi özümüzü çox rahat hiss etdik".J.Liparityan fasiləsiz hərəkət edən bu maşını dayandırmalı olduqlarını, hər şeyin onlar üçün daha da pisləşdiyini diqqətə çatdırıb:
“Biz “mən bunu və ya onu istəyərəm” demək lüksünə sahib deyilik. Mən hesab edirəm ki, Azərbaycanla razılaşma imzalamaq mümkündür. Azərbaycan Prezidenti deyir ki, mənim daxili məsələm sizin işiniz deyil. Beynəlxalq ictimaiyyət də bununla razılaşır. Biz isə hər dəfə reallığa zidd hədəflər planlayır, nəticədə də uduzuruq".

J.Liparityan hesab edir ki, Prezident İlham Əliyevin ermənilər üçün hazırkı təklifi uyğundur.скачать dle 10.6фильмы бесплатно


165

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib
Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.