• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

İrəvan öhdəliklərindən imtina etsə, Bakı alternativ nəqliyyat marşrutları üzərində işləyəcək

16-09-2023, 10:30 | Baxılıb: 30
“İrəvan öhdəliklərindən imtina etsə, Bakı alternativ nəqliyyat marşrutları üzərində işləyəcək

Ermənistan öz öhdəliklərindən imtina etsə, Azərbaycan digər ölkələrlə alternativ nəqliyyat marşrutları üzərində işləyəcək.
Diaspor info xəbər verir ki, bunu TASS-a müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Əgər Ermənistan müxtəlif bəhanələrlə öz öhdəliklərindən imtina etsə və təcrid olunmuş vəziyyətdə qalmaq istəsə, onda Bakı gözləmək fikrində deyil və artıq regionun digər ölkələri ilə alternativ layihələr üzərində fəal işləyir. Biz logistik ehtiyaclarımızı Ermənistan hökumətinin şıltaqlıqlarına bağlamayacağıq və regional tərəfdaşlarımızla hərəkət etməyə davam edəcəyik”, - H.Hacıyev deyib.
H.Hacıyev vurğulayıb ki, Azərbaycan ardıcıl olaraq regionda bütün nəqliyyat kommunikasiyalarının açılmasının tərəfdarıdır, çünki sıx ticarət-iqtisadi əlaqələrin regionun sülh, sabitlik və rifahına töhfə verəcəyinə inanır.
"Bu kontekstdə biz həmin istiqamətdə irəliləyiş əldə etmək üçün böyük səylər göstərən Rusiya Federasiyasının mövqeyini yüksək qiymətləndiririk", - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri qeyd edib.H.Hacıyev bildirib ki, nəqliyyat əlaqələrinin açılması ilə bağlı danışıqlarda müəyyən durğunluq müşahidə olunur. Beləliklə, o xatırladıb ki, Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatının müddəalarından biri Zəngəzur dəhlizinin açılmasıdır ki, bu da Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin edilməsi deməkdir.“Təxminən 3 il keçsə də, sazişin bu bəndi hələ də Ermənistan tərəfindən yerinə yetirilməyib”, - Azərbaycan Prezidentinin köməkçisi bildirib.
“Zəngəzur dəhlizinin açılması, ilk növbədə, üç onillikdə Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində regionun nəqliyyat və logistika arxitekturasının kənarında qalan Ermənistanın özünə sərf edir”, - H.Hacıyev fikirlərini yekunlaşdırıb.скачать dle 10.6фильмы бесплатно


30

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Şoyqu: "Əks-hücum əməliyyatlarının əhəmiyyətli nəticələri yoxdur, Ukrayna məhvə doğru gedir"
İsveçrə Almaniyaya 25 ədəd “Leopard 2” tankı satacaq
Türkiyə lideri: "Azərbaycan Ordusu Xocalıya sülh və əmin-amanlıq gətirmək üçün daxil olub"
Ərdoğan Zəngəzur dəhlizi ilə bağlı Ermənistana xəbərdarlıq edib və yeni marşrutu açıqlayıb
Ermənistandan tibbi heyətin olduğu helikopterin Qarabağa daxil olması təmin edilib
Hikmət Hacıyev: “Azərbaycanın bir sıra rayonlarının xəstəxanaları Xankəndidən pasiyent qəbul etməyə hazırdır”

Şoyqu: "Əks-hücum əməliyyatlarının əhəmiyyətli nəticələri yoxdur, Ukrayna məhvə doğru gedir"

İsveçrə Almaniyaya 25 ədəd “Leopard 2” tankı satacaq

Türkiyə lideri: "Azərbaycan Ordusu Xocalıya sülh və əmin-amanlıq gətirmək üçün daxil olub"

Ərdoğan Zəngəzur dəhlizi ilə bağlı Ermənistana xəbərdarlıq edib və yeni marşrutu açıqlayıb

Ermənistandan tibbi heyətin olduğu helikopterin Qarabağa daxil olması təmin edilib

Hikmət Hacıyev: “Azərbaycanın bir sıra rayonlarının xəstəxanaları Xankəndidən pasiyent qəbul etməyə hazırdır”

Türk Dövlətləri Diaspor Gənclərinin I Forumunun ilk panelində “Heydər Əliyev və Türk Dünyası” mövzuzundan bəhs edilib

Xankəndi yaxınlığındakı partlayışda 20 nəfər ölüb, 290 nəfər yaralanıb

Qarabağda müsadirə edilən döyüş texnikası, silah və sursatın sayı açıqlanıb

“Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi təmin olunur

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.