• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

İsrailli sabiq nazir ölkəsinin Azərbaycana içməli su qıtlığı problemində kömək etmək imkanından yazıb

6-10-2023, 15:30 | Baxılıb: 8 808
“İsrailli sabiq nazir ölkəsinin Azərbaycana içməli su qıtlığı problemində kömək etmək imkanından yazıb

İsrailli sabiq nazir ölkəsinin Azərbaycana içməli su qıtlığı problemində kömək etmək imkanından yazıb

“Azərbaycanlılar içməli suyun əsas hissəsini son illər su qıtlığı ilə üzləşən Kür və Araz çaylarından alırlar. Onlar İsrail modelindən istifadə edəcəkləri halda, bu böhrandan çıxa biləcəklərinə inanırlar”.
Bu barədə İsrailin sabiq rabitə, peyk və kibertəhlükəsizlik naziri, İqtisadi Sülh Mərkəzinin prezidenti, tanınmış siyasətçi və politoloq Ayub Kara ABŞ-ın populyar “Jewish News Syndicate” nəşrində dərc olunmuş “İsrailin duzsuzlaşdırma təcrübəsi dünyaya kömək edə bilər” sərlövhəli məqaləsində bildirib.
Birləşmiş Millətlər Təşkilatının məlumatına əsasən, dünyada iki milyarddan çox insanın təhlükəsiz içməli suya çıxışı olmadığının, habelə daşqınlar və quraqlıqların dözülməz vəziyyəti daha da ağırlaşdırdığının vurğulandığı məqalədə İsrail Duzsuzlaşdırma və Su Təmizləmə Cəmiyyətinə istinadən qeyd olunub ki, sözügedən ölkə suyun idarə edilməsində əldə etdiyi böyük nailiyyətlərlərlə tanınır. Dünyanın ən böyük və ən qabaqcıl duzsuzlaşdırma zavodlarından bəzilərini inşa etmiş İsrail suyun təkrar istifadəsi üzrə dünya lideridir və dünyada su itkisinin ən yüksək minimumuna malik ölkələrdəndir. İyirmi il əvvəl su çatışmazlığı ilə üzləşən bu ölkə indi qonşularına su böhranlarının öhdəsindən gəlməkdə və təbii su ehtiyatlarını artırmaqda kömək edir, habelə qlobal iqlim dəyişikliyi və ekoloji böhranı daha da gücləndirən bu dəhşətli tendensiyanın qarşısını almaq üçün qlobal miqyasda səylər göstərir.
Eyni zamanda qeyd olunub ki, bu ilin əvvəlində ABŞ-ın Arizona ştatında 5,5 milyard dollar dəyərində duzsuzlaşdırma zavodu tikən İsrail indi Azərbaycana su böhranının həllində kömək göstərməyə hazırdır. Belə ki, İsrail artıq Bakıdan 80 kilometr cənubda Azərbaycan üçün duzsuzlaşdırma qurğusu tikib, üstəlik, Azərbaycan İnvestisiya Şirkəti ASC ilə İsrailin “IDE Water Assets Ltd” şirkəti arasında Xəzər dənizində suyun duzsuzlaşdırılması kompleksinin tikintisini nəzərdə tutan müvafiq anlaşma memorandumu imzalanıb. Diqqətə çatdırılıb ki, sözügedən şirkət Çin, Hindistan, ABŞ və Avstraliya da daxil olmaqla 40 ölkədə 400-dən çox duzsuzlaşdırma qurğusu tikərək istismara verib. Hazırda Azərbaycanda Xəzər dənizi layihəsinin birinci mərhələsi həyata keçirilir və bununla əlaqədar Azərbaycan Dövlət Su Təsərrüfatı Agentliyi ilə İsrailin milli şirkəti, bu ölkənin su idarəçiliyi üzrə aparıcı qurumu olan “Mekorot Water” arasında texniki məsləhətləşmələr üzrə müqavilə imzalanıb.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.jns.org/israeli-desalination-can-help-the-world/
скачать dle 10.6фильмы бесплатно


8 808

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib
Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb
İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir
Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb
AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib

Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb

İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir

Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə yola düşüb

Bahar Muradova: Qadınların təhsilə çıxışı və elmdə, texnologiyada, innovasiyada fəallığının artırılması sahəsində Azərbaycan ciddi nəticələr əldə edib

Türkiyə Prezidenti Məhəmməd peyğəmbərə çəkilmiş karikaturanı “alçaq təxribat” adlandırıb

Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.