• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ərdoğan: “2028-ci ilin sonunadək inflyasiyanı 4,7 %-ə endirməyi planlaşdırırıq”

17-10-2023, 22:00 | Baxılıb: 234
“Ərdoğan: “2028-ci ilin sonunadək inflyasiyanı 4,7 %-ə endirməyi planlaşdırırıq”

2028-ci ilin sonuna qədər Türkiyədə inflyasiyanın təkrəqəmli səviyyəyə - 4,7 %-ə endirilməsi planlaşdırılır.
Diaspor info xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan “X” sosial şəbəkəsindəki hesabında ölkənin gələcək 5 ili üçün Yol Xəritəsini müəyyənləşdirən 12-ci İnkişaf Planını açıqlayarkən bildirib.

R.Ərdoğan qeyd edib ki, sağlam düşüncə, qeyri-hökumət və peşəkar təşkilatların, biznes dünyasının töhfələri ilə hazırlanan 12-ci İnkişaf Planı bu gün Türkiyə Böyük Millətlər Məclisinə təqdim edilir: “5 illik inkişaf planımız 5 əsas istiqamətdən ibarətdir. Birincisi bacarıqlı insanlar, möhkəm ailə, sağlam cəmiyyət, ikincisi stabil inkişaf, güclü iqtisadiyyat, üçüncüsü yaşıl və rəqəmsal transformasiya ilə rəqabətə davamlı istehsal, dördüncüsü fəlakətə davamlı yaşayış sahələri, davamlı mühit, beşincisi isə ədalətə əsaslanan demokratik idarəçilikdir”.

Türkiyə Prezidentinin sözlərinə görə, 12-ci İnkişaf Planı dövründə orta hesabla 5 % sabit və balanslı artım hədəflənib.

“2028-ci ildə ölkənin milli gəliri 1 trilyon 589 milyard ABŞ dollarına, adambaşına düşən gəliri isə 17 min 554 ABŞ dollarına çatdırmağı planlamışıq. Hər il məşğulluğun artımını orta hesabla 3 % təmin etməklə, dövrün sonunda işsizliyin səviyyəsinin 7,5 %-ə enəcəyini gözləyirik. İxracı 375 milyard ABŞ dollarına, turizm gəlirlərini isə 100 milyard ABŞ dollarına çatdıraraq cari hesabın kəsirini sıfıra yaxın səviyyəyə endirməyi hədəfləyirik.

Ümid edirəm ki, türk əsrinə gedən yolda dövlətimizə və millətimizə rəhbərlik edəcək 12-ci İnkişaf Planı faydalı olacaq”, - deyə paylaşımda bildirilib.скачать dle 10.6фильмы бесплатно


234

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Diplom tanınması ilə bağlı 358 müraciətə mənfi rəy verilib
Marneulidəki soydaşlarımızın təhsili diqqət mərkəzindədir
Son iki gündə cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Paşinyan II Qaregini dövlət çevilişinə dəstək verməkdə ittiham edib
Bakı Limanına yeni baş direktor təyin edilib
Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

Diplom tanınması ilə bağlı 358 müraciətə mənfi rəy verilib

Marneulidəki soydaşlarımızın təhsili diqqət mərkəzindədir

Son iki gündə cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb

Paşinyan II Qaregini dövlət çevilişinə dəstək verməkdə ittiham edib

Bakı Limanına yeni baş direktor təyin edilib

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.