• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Birinci Azərbaycan-Mərakeş Biznes Forumu keçirilib, Ceyhun Bayramov çıxış edib

14-11-2023, 21:00 | Baxılıb: 181
“Birinci Azərbaycan-Mərakeş Biznes Forumu keçirilib, Ceyhun Bayramov çıxış edib

14 noyabr 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Mərakeşdə keçirilən Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın 2-ci iclası çərçivəsində təşkil edilmiş I Azərbaycan-Mərakeş Biznes Forumunda iştirak edib.

Xarici İşlər Nazirliyindən Diaspor.info-ya verilən məlumata görə, tədbirdə çıxış edən Ceyhun Bayramov Birgə Komissiyanın iclası çərçivəsində təşkil olunan bu Forumun ikitərəfli ticarətin genişləndirilməsi və qarşılıqlı investisiyaların təşviqi sahəsində irəliləyişlərin əldə olunmasına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

C.Bayramov ikitərəfli iqtisadi istiqamətdə, o cümlədən ticarət və investisiyalar, enerji, nəqliyyat, kənd təsərrüfatı, azad iqtisadi zonalar çərçivəsində əməkdaşlıq və s. sahələrdə iki ölkə arasında istifadə edilməmiş potensialımızın mövcudluğunu qeyd edib.

Nazir Azərbaycanın Şərqlə Qərbin kəsişməsində strateji yerləşməsi və Mərkəzi Asiyaya yaxınlığı investorlar üçün daha bir üstünlük olduğunu diqqətə çatdırıb.

Azərbaycanın aparıcı şirkətlərinin Mərakeşdə həyata keçirilən infrastruktur layihələrində iştirakının iqtisadi əməkdaşlığımıza əlavə fayda verə biləcəyi vurğulanaraq, Azərbaycan və Mərakeşin strateji coğrafi yerləşməsinin ölkələrimizin müvafiq ticarət limanları arasında əməkdaşlığı inkişaf etdirməyə və təcrübə mübadiləsi aparmağa imkan verəcəyi vurğulanıb.

Ceyhun Bayramov Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Bakı Limanı tərəfindən mərakeşli həmkarları ilə müvafiq anlaşma memorandumlarının imzalanmasını yüksək qiymətləndirib.

Nazir Mərakeş investorlarını və şirkətlərini Ələt Azad İqtisadi Zonasında, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində və onun hüdudlarından kənarda biznes və investisiya imkanlarını nəzərdən keçirməyə dəvət edib.скачать dle 10.6фильмы бесплатно


181

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib
Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.