Azərbaycan BMT Təhlükəsizlik Şurasına iqlim böhranı ilə mübarizəyə verdiyi töhfə və Ermənistanın işğalının ətraf mühitə və biomüxtəlifliyə fəlakətli təsirini aradan qaldırmaq səyləri barədə məlumat verib.
Diaspor info xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev dünya təşkilatının Təhlükəsizlik Şurasında “İqlim dəyişikliyi və ərzaq təhlükəsizliyinin olmaması beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına təsiri” mövzusunda açıq debatda çıxış edib.
Azərbaycanın diplomatik missiyasının bəyanatını təqdim edirik:
“Cənab Prezident,
Əvvəlcə mən Qayana Kooperativ Respublikasının nümayəndə heyətini Təhlükəsizlik Şurasına sədrliyi qəbul etməsi və Qayananın Prezidenti Zati-aliləri cənab Məhəmməd İrfan Əlinin rəhbərliyi altında iqlim dəyişikliyi və ərzaq təhlükəsizliyi arasında dinamik qarşılıqlı əlaqələri araşdırmaq üçün bu mühüm açıq debatı çağırması münasibətilə təbrik etmək istərdim. Məruzəçilərə dolğun çıxışlarına görə minnətdarıq.
İqlim dəyişikliyi cəmiyyətlərə və ekosistemlərə həyəcanverici təsir göstərərək, aşağı gəlirli və kövrək ölkələrə qeyri-mütənasib şəkildə toxunaraq, dolanışıq vasitələrinə təsir edərək, zəifliklərin əsasını təşkil edərək, qeyri-sabitliyə töhfə verərək və beləliklə də razılaşdırılmış və ardıcıl səylərin, habelə davamlı inkişafın qlobal baxışına sadiqliyin təsdiqinin vacibliyini vurğulayaraq dövrümüzün müəyyənedici problemi olaraq qalır.
Baş Assambleya Azərbaycanın həmtəsisçisi olduğu “İqlim dəyişikliyi ilə bağlı dövlətlərin öhdəliklərinə dair Beynəlxalq Ədalət Məhkəməsinin məsləhətçi rəyinin verilməsi sorğusu” adlı 77/276 saylı konsensus qətnaməsində iqlim dəyişikliyinin sivilizasiya miqyasında misli görünməmiş problem olduğunu və bəşəriyyətin indiki və gələcək nəsillərinin rifahının bizim ona təcili və təxirəsalınmaz cavab verməmizdən asılı olduğunu etiraf edib.
İqlim dəyişikliyi problemlərindən ən çox təsirlənən regionlar və ölkələr daha çox dəstək almaq hüququna malikdir və biz Dünya Məhkəməsində verimli prosesləri və onların çoxdan vaxtı çatmış iqlim ədaləti üçün mühüm nəticələrini gözləyirik.dünyanın üzləşdiyi çağırışlar, o cümlədən iqlim böhranı və kəskin ərzaq təhlükəsizliyi və bununla bağlı qəbul edilməli olan praktiki və mənayüklü həllər və strategiyalar, ilk növbədə, qlobal birlik və həmrəyliyin gücləndirilməsini, həmçinin BMT-nin Nizamnaməsi və beynəlxalq hüquqa əsaslanan daha effektiv və etibarlı çoxtərəfli yanaşmanı zəruri edir.
Təşəkkür edirəm”.