Toronto Azərbaycan Evi ölkəmizi Novruz bayramı münasibətilə təşkil olunmuş tədbirdə təmsil edib
Kanadanın Vohn-Vudbric şəhərindən (Vaughan-Woodbridge) seçilmiş millət vəkili Françesko Sorbara tərəfindən Novruz bayramı münasibətilə tədbir təşkil edilib. Tədbirə Novruz bayramını qeyd edən müxtəlif xalqların nümayəndələri dəvət olunub.
Ölkəmizi tədbirdə Kanadada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə yanaşı, Toronto şəhərindəki Azərbaycan Evi təmsil edib. Beləki, Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdləri rəqs müəllimi Orxan İslamovun rəhbərliyi ilə müxtəlif rəqs nömrələri, o cümlədən Polad Bülbüloğlunun “Şən Azərbaycan” mahnısına qurulmuş rəqsi və “Qaval” rəqsini ifa ediblər. Rəsqlərmiz tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Millət vəkili Françesko Sorbara və Vohn şəhərinin meri Steven Del Duka həmvətənlərimizi Novruz bayramı münasibətilə təbrik edib.