• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ombudsman Aparatı və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən Masallıda seminar təşkil olunub

21-05-2024, 21:00 | Baxılıb: 351
“Ombudsman Aparatı və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən Masallıda seminar təşkil olunub

Ombudsman Aparatı və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən Masallıda seminar təşkil olunub

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) ölkəmizdəki nümayəndəliyinin birgə təşkilatçılığı ilə Masallı şəhərində Ombudsmanın Cənub Regional Mərkəzində “Beynəlxalq humanitar hüquq çərçivəsində xüsusi kateqoriyaya aid şəxslərin hüquqlarının müdafiəsinin praktiki aspektləri” mövzusunda seminar keçirilib.

“İnsan Hüquqları Aylığı” çərçivəsində insan hüquqları sahəsində peşəkar inkişafın keyfiyyətinin yüksəldilməsi məqsədilə təşkil olunan tədbirdə hüquq mühafizə orqanlarının və aidiyyəti dövlət qurumlarının, o cümlədən həmin qurumların struktur bölmələrinin əməkdaşları iştirak ediblər.

Tədbirdə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı və BQXK-nın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Kojiç açılış nitqi ilə çıxış edib və beynəlxalq humanitar hüquq müstəvisində müxtəlif əhali qruplarının hüquqlarının müdafiəsinin xüsusiyyətlərini vurğulayıblar.

Daha sonra yerli və beynəlxalq təlimçilər müxtəlif aktual mövzular üzrə çıxış edib, beynəlxalq humanitar hüququn tətbiqinin institusionallaşması və milli təsisatların rolu barədə iştirakçılarla diskussiya aparıblar.

Seminarda BQXK-nın ekspertləri ilə yanaşı, Ombudsman Aparatı rəhbərinin müavini Rəşid Rumzadə, Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov və həmin sektorun baş məsləhətçisi Aydan Talıbova tərəfindən “Beynəlxalq humanitar hüquq və milli qanunvericilik kontekstində Ombudsman Aparatının saxlanılma üzrə mandatı və fəaliyyəti”, “Ombudsman Aparatının itkin düşmüş ailələrə dəstək sahəsində fəaliyyəti”, ““Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiya və Ombudsman Aparatının mina qurbanlarına dəstək fəaliyyətləri” mövzularında təqdimatlar edilib.

Sessiyalar üzrə tədbir iştirakçılarının sualları cavablandırılıb və yekunda onlara sertifikatlar təqdim olunub.
Ombudsman Aparatı və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən Masallıda seminar təşkil olunub
Ombudsman Aparatı və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən Masallıda seminar təşkil olunub

Mətbuat xidmətiскачать dle 10.6фильмы бесплатно

351

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib
Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.