• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

24-05-2024, 17:30 | Baxılıb: 281
“Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinə həsr olunmuş konfrans keçirilib
İsveçdəki “Qobustan” Aydınlar ocağının təşkilatçılığı ilə Stokholmda keçirilən konfransda bu ölkədə fəaliyyət göstərən müxtəlif dərnək və icmaların təmsilçiləri ilə yanaşı, Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının İsveç Krallığındakı Səfirliyinin əməkdaşları, Stokholm ictimaiyyətinin nümayəndələri, M.Ə. Rəsulzadənin ailə üzvü Dr.Nazim Rəhimov, AMEA Şərqşünaslıq İnstitutunun professoru Solmaz Rüstəmova-Tohidi, BDU-nun professoru, jurnalist Qulu Məhərrəmli iştirak ediblər.
“M.Ə.Rəsulzadə irsi Azərbaycanın mədəni və ictimai fikir tarixində” mövzusunda keçirilən konfransı "Qobustan" Azərbaycan Aydınlar Ocağının sədri Səadət Kərimi açdıqdan sonra Azərbaycanın Dövlət Himni səslənib, Vətənimizin bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi yad edilib. Prezident İlham Əliyevin “M.Ə.Rəsulzadənin anadan olmasının 140 illiyinin qeyd olunması haqqında" sərəncamı oxunub.
Azərbaycan Respublikasının İsveç Krallığındakı Səfirliyinin müşaviri Cavanşir Məmmədov Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin əhəmiyyəti və rolu barədə məlumat verib. Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Leyla Həmzəyeva çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin M.Ə.Rəsulzadənin anadan olmasının 140 illiyinin qeyd edilməsi haqqında 30 dekabr 2023-cü il tarixli Sərəncamının Azərbaycanda Cümhuriyyətə olan diqqət və dəyərin təcəssümü olduğunu bildirib. 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildiyi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamına əsasən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar ölkədə və ölkə xaricində silsilə tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb. Cümhuriyyət qurucularının daim böyük hörmət və ehtiramla anıldığı, eyni zamanda Komitə tərəfindən Cümhuriyyət qurucularının varislərinin diqqətdə saxlanıldığı bildirilib. Qeyd edilib ki, bu gün xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gün böyük təntənə ilə bayram edilir.
Konfransda AMEA-nın Şərqşünaslıq institutunun əməkdaşı, professor Solmaz Rüstəmova-Tohidi iştirakçıların geniş marağına səbəb olan “Rəsulzadə və Azərbaycan milli dövlətçiliyi” mövzusunda məruzə ilə çıxış edib.
Konfransda həmçinin “Rəsulzadənin virtual Ev-Muzeyi” videosu, xalq artisti Alim Qasımovun ifasında “Məhəmməd Əmin” musiqi parçası, həmçinin “Bütöv Azərbaycan” qısa filmi nümayiş etdirilib.
Sonda Rəsulzadələr ailəsi adından çıxış edən Dr. Nazim Rəhimov elmi konfransın təşkilatçılarına öz təşəkkürünü bildirib.
Konfrans sual və təkliflər ilə yekunlaşıb.Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinə həsr olunmuş konfrans keçirilib
Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinə həsr olunmuş konfrans keçirilib
Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinə həsr olunmuş konfrans keçirilib
Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinə həsr olunmuş konfrans keçirilib
Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinə həsr olunmuş konfrans keçirilibскачать dle 10.6фильмы бесплатно

281

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib
Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.