• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Kanadanın Recayna (Regina) şəhərində 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağı qaldırılıb

29-05-2024, 11:00 | Baxılıb: 324
“Kanadanın Recayna (Regina) şəhərində 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağı qaldırılıb

Kanadanın Recayna (Regina) şəhərində 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağı qaldırılıb
Kanadanın Saskatçevan (Saskatchewan) vilayətinin paytaxtı Recayna (Regina) şəhərində “Recayna Siti Hol” (“Regina City Hall”) mərkəzinin önündə 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağının təntənəli şəkildə qaldırılması mərasimi keçirilib.
Recayna Azərbaycan Mədəniyyəti Assosiasiyasının təşkilatçılığı ilə baş tutan mərasimdə şəhərin meri Sandra Masters, Qanunvericilik Məclisinin üzvləri Nikol Sarauer və Muhammad Fiaz, Jared Klark və yerli Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər Kanada azərbaycanlılarını 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib, Azərbaycan icmasının daim həmrəylik, sosial tərəqqi, insan haqları və demokratiyanın yanında olduğu bildirilib. Əyalətin mədəni müxtəlifliyinə töhfələr verdiklərinə görə soydaşlarımıza minnətdarlıq ifadə edilib.
Azərbaycan və Kanadanın dövlət himnlərinin sədaları altında üçrəngli bayrağımız səmaya ucaldılıb. Rəsmi hissədən sonra Azərbaycanın Xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeiri ingilis dilində səsləndirilib, uşaqlar “Yallı” gedib və “Şuşanın dağları” musiqisinin sədaları altında rəqs ediblər.
Sonda tədbir iştirakçılarına milli mətbəximizin nümunələri təqdim olunub.
Qeyd edək ki, Saskatçevan vilayətində Azərbaycan bayrağı ilk dəfə olaraq ötən il müstəqilliyimizin 105-ci ildönümü münasibətilə qaldırılıb.
Kanadanın Recayna (Regina) şəhərində 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağı qaldırılıb
Kanadanın Recayna (Regina) şəhərində 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağı qaldırılıb
Kanadanın Recayna (Regina) şəhərində 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağı qaldırılıbскачать dle 10.6фильмы бесплатно

324

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib
Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.