• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

"250 min azərbaycanlı keçən əsrin sonunda məhz Ermənistanda etnik təmizləməyə məruz qalıb"

3-06-2024, 10:00 | Baxılıb: 262
“

Finlandiyanın "Turun Sanomat", "İllkka-Pohjalainen", "Keskipohjanmaa" və "Kainuun Sanomat" qəzetləri Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Helsinkiyə etdiyi işçi səfər zamanı yerli mediaya verdiyi geniş müsahibəni dərc edib. Müsahibədə Azərbaycan və Ermənistan arasında sülh prosesi, Azərbaycanın Avropa ilə enerji sahəsində əməkdaşlığı, Bakının ev sahibliyi edəcəyi COP29-a hazırlıq və s. kimi aktual mövzular əhatə edilib. Müsahibəsində E.Əmirbəyov Azərbaycanın öz çoxşaxəli və balanslı xarici siyasətini sırf milli maraqları üzərində qurduğunu, hər hansı siyasi alyansa mənsub olmadan bütün qonşu ölkələrlə yaxşı əlaqələrə malik olmaq əzmində olduğunu bildirib.

Habelə Aİ-nin Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu, Avropanın enerji təhlükəsizliyinə uzun illər önəmli töhfə verdiyini və ölkəmizin 2027-ci ilədək Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəql edəcəyi qazın həcmini 2 dəfə artıracağını qeyd edib.

Ermənistanla normallaşma məsələsinə gəldikdə azərbaycanlı diplomat sülh prosesinin yekun mərhələyə qədəm qoyduğunu və tərəflərin vasitəçi olmadan məhz birbaşa danışıqlara üstünlük verdiyini, son belə danışıqların mayın 10-12-də Qazaxıstanda baş tutduğunu xatırladıb. “Biz inanırıq ki, faciəvi keçmişlə bağlı səhifəni qapamaq və ölkələrimiz üçün daha firavan gələcək qurmağa ciddi cəhd etmək vaxtı gəlib. Bizim məqsədimiz sülh müqaviləsini mümkün qədər tezliklə yekunlaşdıraraq məlum əsas prinsiplər əsasında Ermənistanla normal diplomatik əlaqələr qurmaqdan ibarətdir və bundan hər kəs faydalanacaq”, - deyə o əlavə edib.

Erməni mənşəli vətəndaşların Qarabağı tərk etməsinə gəldikdə isə, əsasən ermənilər tərəfindən iddia edilən "etnik təmizləmə" məfhumunu qətiyyətlə rədd edib və Azərbaycanın onların gedişini deyil, sadəcə Azərbaycan Konstitusiyasını qəbul etmələrini istədiyini vurğulayıb. Bununla belə, 250 min azərbaycanlı keçən əsrin sonunda məhz Ermənistanda etnik təmizləməyə məruz qalıb və öz doğma yurdlarından qovulub. Ermənistanla normallaşma çərçivəsində 42 km-lik Zəngəzur dəhlizinin açılmasının sülh quruculuğu baxımından önəmini vurğulayan E.Əmirbəyov bu layihənin Ermənistanın özünün dünyaya çıxışı və indiki izolasiyadan çıxması üçün də faydalı olacağını, eləcə də Asiya və Avropa arasında nəqliyyat bağlantısında vacib həlqə təşkil edə biləcəyini vurğulayıb.Ukraynadakı vəziyyətlə bağlı suala cavab olaraq Azərbaycan rəsmisi ölkəsinin bu münaqişənin mümkün qədər tezliklə təmzimlənməsini dəstəklədiyi və onun faciəvi fəsadlarının davam etməsini istəmədiyini bildirib. Azərbaycanın 1990-cı illərdə öz ərazisinin işğalı zamanı ərazi bütövlüyü prinsipinin və suverenliyinin pozulmasından əziyyət çəkmiş bir ölkə kimi, BMT Nizamnaməsi və Helsinki Yekun Aktında təsbit edilmiş bu prinsipi qəti şəkildə dəstəklədiyini, habelə münaqişədə heç bir tərəf tutmadan Ukraynaya iri həcmdə humanitar yardımını davam etdirdiyini diqqətə çatdırıb.скачать dle 10.6фильмы бесплатно


262

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib
Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.