• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Gürcüstanlı soydaşlarımız I Türk İnteqrasiya Olimpiadasının medallarını qazanıb

3-06-2024, 12:30 | Baxılıb: 305
“Gürcüstanlı soydaşlarımız I Türk İnteqrasiya Olimpiadasının medallarını qazanıb

Gürcüstanlı soydaşlarımız I Türk İnteqrasiya Olimpiadasının medallarını qazanıb
Bakıda Türk İnteqrasiya Olimpiadasının (TİO) final mərhələsi keçirilib.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Olimpiada Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikasının (ŞKTR), Tatarıstan, Krım, Qaraçaylar, Qaqauz, Çuvaşıstan, Özbəkistan, Balqariya, Başqurdustan, Altay, Tuva, Saxa Yakutiya, Xakasiya, Qərbi Trakya, Uyğurstan, Kərkük, Güney Azərbaycan türklərini əhatə edib.
Olimpiadanın final turunda Azərbaycandan 20 iştirakçı olmaqla 10-dan çox ölkədən 100-ə yaxın şagird iştirak edib. Qızıl medal qazananlar arasında Azərbaycandan qatılan şagirdlər yer alır.
Tbilisidə fəaliyyət göstərən Alyans Gənclər Mərkəzinin sədri Leyla Əmrahova xəbər verir ki, Olimpiadaya Gürcüstanın fərqli bölgələrindən “SOYDAŞ” İctimai Birliyinin İdarə Heyətinin sədri Kamran Ramazanlı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 6 iştirakçı qatılıb. Onlardan 2-si gümüş, 4-ü bürünc medal qazanıblar.
Türk İnteqrasiya Olimpiadası türk xalqlarının “dildə, fikirdə, işdə birlik” şüarının fərqində olmalarını, və gənclərin qardaş xalqların nümayəndələri ilə təhsil yolu ilə birləşməyi hədəfləyib.
Olimpiadanın dörd əsas məqsədi var:
- Türk xalqlarının ortaq dil, əlifba və dərsliklərinin ideyasına dəstək;
- Türk dünyasında orta məktəb şagirdlərinin ortaq bilgisinin formalaşması və paylaşılması;
- Türk xalqlarının yeniyetmələri arasında TİO vasitəsilə əməkdaşlığın qurulması;
- Türk xalqlarının “İşdə, dildə, əməldə birliy”in fərqində olması və ortaq mədəniyyətə sahib olduqlarını əyani təqdim etməsi.
Qeyd edək ki, Olimpiada Fənlərin Dostluğu Olimpiadası (FDO) əsasında yaradılıb. FDO 2009-cu ildən Hədəf Şirkətlər Qrupuna daxil olan Hədəf Nəşrləri tərəfindən təsis edilib. 13 buraxılışı baş tutan FDO-da suallar inteqrativ formatda hazırlanır. Belə ki, bir sualın şərtində və cavab variantlarında 2 – 5 fənnin inteqrasiyası öz əksini tapır. TİO-da hər sualda inteqrasiya olunacaq fənlərdən biri mütləq türk dünyasının coğrafiyası, ədəbiyyatı, tarixi, mədəniyyəti və ortaq elmi haqqındadır.
Gürcüstanlı soydaşlarımız I Türk İnteqrasiya Olimpiadasının medallarını qazanıb
Gürcüstanlı soydaşlarımız I Türk İnteqrasiya Olimpiadasının medallarını qazanıb
Gürcüstanlı soydaşlarımız I Türk İnteqrasiya Olimpiadasının medallarını qazanıb
скачать dle 10.6фильмы бесплатно

305

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib
Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.