• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan Diasporuna Dəstək Fondu ilə “Macar-Turan” Beynəlxalq Fondu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

25-06-2024, 13:30 | Baxılıb: 344
“Azərbaycan Diasporuna Dəstək Fondu ilə “Macar-Turan” Beynəlxalq Fondu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Diasporuna Dəstək Fondu ilə “Macar-Turan” Beynəlxalq Fondu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan Diasporuna Dəstək Fondu ilə “Macar-Turan” Beynəlxalq Fondu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev və “Macar-Turan” Beynəlxalq Fondunun prezidenti Andraş Biro imzalayıb.
İmzalanma mərasimində Budapeşt şəhərində yerləşən Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli, Macarıstandakı Azərbaycan icmasının fəal üzvləri, “Macar-Turan” Beynəlxalq Fondunun əməkdaşları iştirak ediblər.
Memorandumda Azərbaycan Diasporuna Dəstək Fondu və “Macar-Turan” Beynəlxalq Fondu arasında əməkdaşlığın və təcrübə mübadiləsinin aparılması, birgə layihələrin hazırlanması və icra edilməsi nəzərdə tutulur. Memoranduma xaricdə yaşayan icmaların dəstəklənməsi üçün təşkilati fəaliyyətin formalaşdırılması, təkmilləşdirilmiş strategiyaların tətbiqi, müxtəlif proqram və tədbirlərə dair ictimai məlumat bazasının yaradılması, türk xalqlarının Beynəlxalq Qurultaylarının təşkili istiqamətində tədbirlərin həyata keçirilməsi üzrə birgə əməkdaşlıq daxildir.
Sonda “Macar-Turan” Beynəlxalq Fondunun prezidenti Andraş Biroya Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə çap edilmiş “Azərbaycan musiqisinin inciləri”, digər kitablar və disklər hədiyyə edilib.
Qeyd edək ki, Macar-Turan Beynəlxalq Fondunda türk dünyasının tarixi ilə bağlı tədqiqatlar aparan akademiklər, tədqiqatçılar fəaliyyət göstərir. Fondun üzvləri türk dünyasının tarixini öyrənir və türk xalqlarının yaşayış tərzini, Qərbə gələrkən istifadə etdikləri yol xəritələrini, mövcud tayfaları, onların bir-biri ilə qohumluq əlaqələrini araşdırırlar. Qədim türk adətlərinin qorunması Fondun diqqət yetirdiyi əsas məqamlardandır.скачать dle 10.6фильмы бесплатно


344

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib
Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.