• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Assambleyasının 30 illik yubiley tədbirində təmsil olunub Bişkek şəhərində Qırğızıstan Xalq Assambleyasının 30 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

28-06-2024, 13:30 | Baxılıb: 361
“Assambleyasının 30 illik yubiley tədbirində təmsil olunub Bişkek şəhərində Qırğızıstan Xalq Assambleyasının 30 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsi Qırğızıstan Xalq Assambleyasının 30 illik yubiley tədbirində təmsil olunub
Bişkek şəhərində Qırğızıstan Xalq Assambleyasının 30 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.
Qırğız Respublikasının Prezidentinin Ala-Arça dövlət iqamətgahında təşkil olunmuş tədbirdə 100-dən çox milli və etnik azlıq nümayəndəsi, həmçinin Azərbaycan, Qazaxıstan, Rusiya və Özbəkistandan yüksək səviyyəli qonaqlar iştirak ediblər.
Qırğız Respublikasının Dövlət katibi Suyunbek Kasmambetov Prezident Sadır Japarovun müraciətini oxuyub. Onları yubiley münasibətilə təbrik edərək dövlət dilinin və çoxdilliliyin inkişafının ölkə hakimiyyəti üçün prioritet məsələlərdən biri olduğunu bildirib. O, gələcəkdə Məclisin dövlət-ictimai təşkilat kimi hüquqi statusunun müəyyənləşdirilməsinin nəzərdə tutulduğunu söyləyib. Qırğızıstan Xalq Assambleyasının 22 yanvar 1994-cü ildə Qırğızıstan xalqının ilk qurultayında təşkil olunduğunu və o vaxtdan xalqın birliyinin möhkəmlənməsinə, millətlərarası münasibətlərin inkişafına, vətəndaş bərabərliyinin formalaşmasına öz töhfəsini verdiyini vurğulayıb.
Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov toplantı iştirakçılarına Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun təbriklərini çatdırıb. Sədr müavini Azərbaycan və qırğız xalqlarının tarixi, dili, dini və mədəni dəyərləri baxımından bir-birinə sıx bağlı olduğunu, Qırğızıstan Xalq Assambleyasının ölkə ərazisində yaşayan xalqlar, o cümlədən azərbaycanlılar üçün siyasi, sosial-iqtisadi, konstitusion, mədəni və digər hüquq və azadlıqlarının qorunmasının təminatçısı qismində çıxış etdiyini bildirib. Müstəqillik dövründə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə ölkələrimiz arasında münasibətlərin yaradılması və möhkəmləndirilməsini, Prezident İlham Əliyevin həmin münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməsini məmnuniyyətlə vurğulayıb. Son aylar Qırğızıstandakı Azərbaycan diasporunun fəaliyyətində müşahidə olunan canlanmanın dövlətlərimiz arasında münasibətlərin inkişafına öz töhfəsini verəcəyi əminliklə qeyd edilib.
Tədbir çərçivəsində Qırğızıstan Xalq Assambleyasının X Qurultayı baş tutub, qurumun hazırkı sədri Almambet Matubraimov yenidən növbəti beş il üçün Assambleyanın sədri seçilib. Qırğızıstanda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatı olan “Birlik” İctimai Birliyinin sədri Xansıvar Baxşəliyev Assambleya şurasına üzv seçilib. Qurultayda Qırğızıstan Xalq Assambleyasının Nizamnaməsi təsdiq edilib, fəal diaspor nümayəndələrinə müxtəlif hədiyyələr verilib.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin “Diaspor fəaliyyətində xidmətə görə” medalı Qırğızıstan Xalq Assambleyasının sədri Almambet Matubraimova təqdim olunub.
Bununla yanaşı tədbir çərçivəsində Qırğız Respublikasının Prezidenti yanında Dövlət Dili və Dil Siyasəti üzrə Milli Komissiyasının yeni təyin olunmuş sədri Melis Muratəliyevlə görüş keçirilib. Görüşdə ölkələrimiz və xalqlarımız arasında tərəfdaşlıq və dostluq əlaqələri, beynəlxalq platformalarda qarşılıqlı dəstək aksiyaları, həmçinin dahi yazıçı Nizami Gəncəvinin əsərlərinin qırğız dilinə tərcüməsi mümkünlüyü barədə fikir mübadiləsi aparılıb. M.Muratəliyev Azərbaycana səfərini məmnunluqla xatırlayaraq, imzalanmış memorandum çərçivəsində birgə layihələrin davam etdirilməsinə hazır olduqlarını bildirib.
[center]Assambleyasının 30 illik yubiley tədbirində təmsil olunub Bişkek şəhərində Qırğızıstan Xalq Assambleyasının 30 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.
Assambleyasının 30 illik yubiley tədbirində təmsil olunub Bişkek şəhərində Qırğızıstan Xalq Assambleyasının 30 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.
Assambleyasının 30 illik yubiley tədbirində təmsil olunub Bişkek şəhərində Qırğızıstan Xalq Assambleyasının 30 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. скачать dle 10.6фильмы бесплатно


361

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib
Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.