• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

ABŞ mətbuatı Azərbaycanda dekolonizasiya mövzusunda keçirilmiş konfransdan yazıb

1-07-2024, 19:00 | Baxılıb: 266
“ABŞ mətbuatı Azərbaycanda dekolonizasiya mövzusunda keçirilmiş konfransdan yazıb

ABŞ mətbuatı Azərbaycanda dekolonizasiya mövzusunda keçirilmiş konfransdan yazıb
Ümumdünya Kilsələr Şurasının (ÜİK) Mərkəzi Komitəsi Azərbaycanla razılaşır ki, Fransız Polineziyası Fransa müstəmləkəçiliyindən azad edilməlidir.
Bu barədə tanınmış siyasi şərhçi və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham baş qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında dərc olunmuş məqaləsində yazıb. "Azərbaycan Bakıda dekolonizasiya mövzusunda konfrans keçirir" başlıqlı məqalədə qeyd olunub ki, məqsədi “Fransız azadlıq və anti-müstəmləkəçi hərəkatları”nı dəstəkləmək olan “Bakı Təşəbbüs Qrupu” (BTQ) kimi tanınan təşkilatın təşəbbüsü ilə bu yaxınlarda Azərbaycan Milli Məclisində “Fransız Polineziyasının dekolonizasiya hüququ: çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib. Konfrans çərçivəsində Polineziya nümayəndə heyəti ilə görüşən qrupun icraçı direktoru Abbas Abbasov “müstəmləkəçilikdən qurtulmaq istəyən xalqların ədalətli mübarizəsini bundan sonra da dəstəkləməyə” söz verib.
Məqalədə Fransız Polineziyası nümayəndə heyətinin rəhbəri Viktor Maamaatuayahutapunun konfransdakı çıxışından da iqtibas gətirilib: “Bu gün biz Fransanın müstəmləkəçilik siyasətinə görə təcrid olunmuşuq. Biz siyasi cəhətdən gənc millətik və Azərbaycanın dəstəyinə ehtiyacımız var. Fransa bizi təcrid etməyə çalışır, çünki ərazimizdə nüvə sınaqlarını davam etdirmək istəyir." Beynəlxalq hüquqi mexanizmlərin qeyri-mükəmməliyinin Fransa müstəmləkələrinin azadlığa çıxmasına mane olduğu diqqətə çatdırılan konfransda qeyd olunub ki, keçən ilin iyulunda Bakıda BTQ-nin təsisi edilməsi 150 ildən artıqdır ki, Karib dənizi, Cənubi Amerika, Hind və Sakit okeanlar daxil olmaqla regionlara təsir edən istismarla mübarizə üçün yeni səylər dalğasının başlanğıcı kimi qiymətləndirilməldir.
Sözügedən hərəkatın uğurlu olacağına və nəhayət, məzlum xalqlara layiq olduqları azadlığı bəxş edəcəyinə inam ifadə olunan konfransda vurğulanıb ki, Fransa hökuməti Fransız Polineziyasında keçirdiyi nüvə sınaqlarına görə yalnız 2010-cu ildə kompensasiya komissiyası yaradıb. Amma sözügedən sınaqların dağıdıcı fəsadlarına, o cümlədən radiasiya ilə bağlı xəstəliklərin artmasına baxmayaraq, Fransa prezidenti Emmanuel Makron hələ də rəsmi üzr istəməyib.
Yazıda Ümumdünya Kilsələr Şurasının Mərkəzi Komitənin qəbul etdiyi ictimai bəyanatda Fransa hakimiyyətini "öz öhdəliklərini yerinə yetirməyə və Maohi xalqının iqtisadi, sosial və mədəni inkişafı üçün bütün lazımi vasitələri təmin etməyə" və "Fransadan zərər çəkmiş bütün şəxslərə təzminat ödəməyə” çağırış edildiyi diqqətə çatdırılıb.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://foreignpolicyblogs.com/2024/06/25/azerbaijan-hosts-decolonization-conference-in-baku/ скачать dle 10.6фильмы бесплатно


266

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib
Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.